Bu gün, 18 mart tarixində Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin 3 övladından biri, MAXE, 3 medallı, 24 yaşlı, subay Ərəstun Arif oğlu Xıdırovun Cənnətdəki ikinci ad günü ilə bağlı Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, 1998-ci ilin 18 mart tarixində Bərdədə Xıdırovlar ailəsində dünyaya gələn Ərəstun Xıdırovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Bir saata yaxın davam edən ziyarətdə Şəhidin valideynləri-Arif və Səidə Xıdırovlar, digər ailə üzvləri, yaxınları, Bərdədən və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Ziyarətdən sonra “Leyli” şadlq sarayında 3 saata yaxın davam edən mərasim keçirilib.
Ərəstun Xıdırovun Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, dini mahnılar, İlahilər ilfa edilib.
Eyni zamanda, çıxışlar edilib, Şəhidin valideynləri ziyarət və mərasim iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
Bununla yanaşı, Şəhidin adına ehsan süfrəsi açılıb.
Qeyd edək ki, həm məzarının ziyarəti, həm də Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimdə duyğulu, təsirli anlar yaşanıb.
Cənnətdəki ikinci ad günü, 24 yaşı mübarək olsun!
Nur içində yatsın!
14:55
***
Etikxeber.az ziyarət və mərasimdən fotoları təqdim edir:








































Etikxeber.az