24 yaşı tamam olan Şəhid Vüsal Həsənovun məzarı ziyarət olunacaq-ŞƏHİD ANALARI ŞABRANIN ZEYVƏ KƏNDİNDƏ BİR ARAYA GƏLƏCƏKLƏR – FOTOLAR

Bu gün, 3 iyul tarixi Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun doğum günüdür.

Etikxeber.az xəbər verir ki, bu gün Vüsal Həsənovun 24 yaşı tamam olur.

Bu, Şəhidimizin Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

1997-ci ilin iyulun 3-ündə Bakı şəhərində anadan olan Vüsal Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbdə təhsil alıb.

 O, 2015-ci ildə Azərbaycan Dəmir Yolu Peşə Liseyinə daxil olub və 2016-cı ilə qədər burada təhsil alıb.

Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal 2018-ci ilin oktyabr ayında əsgərliyini başa vurub, ailəsinə dönüb.

2020-ci ilin sentyabrın 21-ində səfərbərliyə cəlb olunan Vüsal İkinci Vətən Müharibəsi başlayan ilk dəqiqələrdən döyüşlərə atılıb.

Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edən Vüsal oktyabr ayının 11-ində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Şabran rayonunun Zeyvə kəndinin qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Vüsal ailədə iki qardaş, həm də subay olub.

Qeyd edək ki, bu gün Səbail rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi tərəfindən Şəhidin ailəsi ziyarət olunacaq.

Eyni zamanda, sabah, 4 iyun tarixində Şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı Bakının Səbail rayonunun Şəhid ailələri, Şəhid anaları Vüsal Həsənovun Şabran rayonunun Zeyvə kəndindəki məzarını ziyarət edəcəklər.

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə-anası və qardaşına səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yaşadığımız dünya arzuladığımız qədər ədalətli deyil: Əksinə, ədalətin gücə istinad etdiyi reallıqla qarşı-qarşıyayıq”-MİLLƏT VƏKİLİ

Read Next

Avro-2020: İspaniya və İtaliya-YARIMFİNALDA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir