24 yaşında Qazi olan 5 medallı, bir övlad atası İgidimiz-ƏFƏNDİ MƏHƏMMƏD OĞLU BALACANOV…QAZİMİZ VƏ AİLƏ ÜZVLƏRİ İŞLƏ TƏMİN EDİLƏCƏKLƏRMİ, ONLARIN PROBLEMLƏRİ İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR

Əfəndi Məhəmməd oğlu Balacanov…

Vətən sevdalısı, İgid, Qəhrəman Azərbaycan oğlu…

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı…

Keçmiş hərbçi, MAXE-Kiçik çavuş…

Əfəndi Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olsa da, sonradan ailəsi ilə birlikdə əvvəlcə Bakı şəhərinə, 2010-cu ildən isə Sumqayıt şəhərinə köçüblər…

Hazırda da Sumqayıtın “Yaşıldərə” yaşayış massivində yaşayırlar…

Əfəndi 1996-cı ilin yanvarın 22-də dünyaya gəlib…

Ailədə iki qardaşdırlar…

Əfəndi evin böyüyü, Orxan isə ailənin kiçik övladıdır…

Orxan Sumqayıt Dövlət Universitetini (SDU) bu il başa vurub və iyul ayında hərbi xidmətə çağırılıb…

Əfəndi 2003-2014-cü illərdə orta məktəbdə oxuyub…

2014-cü ilin oktyabrından 2016-cı ilin aprelin 15-nə hərbi xidmətdə olub…

Hərbi xidmətini başa vurmağa hazırlaşarkən, yəni, 2016-cı ilin aprelində döyüşlər başlayıb…

Və 4 günlük Aprel döyüşlərində iştirak edib və döyüşlərdən 11 gün sonra isə Əsgərliyini başa vuraraq, ailəsinə dönüb…

Əsgərlikdən qayıtdıqdan sonra bir müddət yanacaqdoldurma məntəqəsində işləyib…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

2018-cı ilin yanvar ayından 2021-cı martın sonlarına qədər MAXE kimi fəaliyyət göstərib…

MAXE, Kiçik çavuş kimi də İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub…

Füzulidən Xocavəndəcən döyüş yolu keçib və 2020-ci ilin oktyabrın ayının 20-də Xocavənddə qızğın döyüşlərdən birində ağır yaralanıb…

Gözündən, qolundan və baş-alın nahiyəsindən…

Gözünün bir əməliyyat olunub…

Sağ gözü hazırda yararsızdır, görmür…

Sağ qolundan isə 4 qəlpə çıxarılsa da, 4 qəlpə hələ də qalmaqdadır…

Alın nahiyəsində də zərbə nəticəsində su yığılıb…

Qolundan növbəti əməliyyat zamanı alın nahiyəsindəki su yığımı da aradan qaldırılacaq…

Əfəndinin İgidliyi, Qəhrəmanlığı da dövlətimiz tərəfindən qiymətləndirilib…

Ali Baş Komandanın sərəncamnları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı bahasına qazanıb…

***

Əfəndi hazırda 3-cü qrup Qarabağ əlilidir…

110 manat əlilliyinə görə pensiya, 300 manat isə Prezident təqaüdü alır…

İgidimiz əslində ikinci qrup əlillik dərəcəsi almalıdır…

Amma çox təəssüf ki, bu məsələdə qeyri-obyektivlik olduğu üçün ona üçüncü qrup yazılıb…

Bununla bağlı müraciətinə də müsbət cavab verilməyib…

Üzücü və təəssüfedici bir durum…

***

Əfəndi həm də ailəlidir…

2020-ci ilin yanvarında ailə qurub….

2020-ci ilin noyabrın 8-də, Şuşanın azad edilməsi xəbəri elan olunan dəqiqəqələrdə övladı, oğlu Məhəmməd dünyaya gəlib…

Baba Məhəmməd və balaca-nəvə Məhəmməd

***

Əfəndi hazırda işsizdir və həm dövlətdən, həm də özəl qurumlardan iş təkliflərini gözləyir…

Səhhətində problemlər, qolunda qəlpələr qalsa da, yenidən aktiv həyata qayıtmaq, işləmək istəyir…

İnanmaq istərdik ki, 5 medalıı İgidimiz nəhayət, yaxın zamanlarda Haqq etdiyi işlə təmin olunacaq…

Yeri gəlmişkən, bu gün yaradıcı ziyalımız Fərid bəylə İgidimizin-Əfəndigilin evində, ailəsində olduq…

Onları ziyarət etdik…

İgidimizin çox sadə, səmimi, mehriban ailəsi var…

Həyat yoldaşı Ella xanım Memarlıq və İnşaat Universitetini bitirib, amma işsizdir…

Valideynləri də işsizdirlər…

Və təəssüf ki, İgidimizin ailəsi, problemləri ilə maraqlanan yoxdur…

Bəli, həm Əfəndinin özü, həm də ailəsi ilə bir xeyli söhbətləşdik, ötənlərdən-keçənlərdən, xüsusilə, İkinci Vətən Müharibəsindən, o cümlədən, Əfəndinin keçdiyi döyüş yolundan danışdıq…

Bir daha Əfəndi və ailəsi ilə Fəxr etdik, Qürurlandıq…

Allah həm 5 medallı İgidimizi, həm də onun kimi İgid, Məğrur ailəsini qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva Şəhid Fəxri Qəribzadənin anası və Şəhid Əli Rzayevin həyat yoldaşı ilə-GÖRÜŞDÜ VƏ…-FOTOLAR

Read Next

Daha 1763 yeni yoluxma-DAHA 20 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir