24 yaşlı şəxs minaya düşdü, vəziyyəti orta ağırdır-TƏRTƏRDƏ

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.

Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Erməni ifaçı bu dəfə Ələkbər Tağıyevin bəstələdiyi, Zeynəb Xanlarovanın oxuduğu-“SƏNƏ QURBAN” MAHNISINI OĞURLADI

Read Next

Əliyevlə Ərdoğan-ASTANADA GÖRÜŞDÜLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir