Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Qubadlı rayonundan, özü isə Bakı şəhərinin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindən olan İlqar Adil oğlu Əhmədovun Anım Günüdür.
İlqar Əhmədovun Əbədiyyətə uğurlanmasından 25 il ötür.
Qeyd edək ki, İlqar Əhmədov 2000-ci ilin yanvar ayının 26-da Tərtər istiqamətində düşmənin təxribatı nəticəsində Şəhid olub.
Nəşi Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub.
Anım Günü ilə bağlı bu gün-26 yanvar 2025-ci il tarixində Sumqayıt şəhərində yerləşən La Bella şadlıq sarayında məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
İctimai fəal Arzu Əliyevanın aparıcılıq etdiyi məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.

Şəhidin anası Leyla Əhmədova, Birinci Qarabağ Savaşı Şəhidi Elşad Əliyevin anası Flora Əliyeva, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimova, yazar Raziyə Kamilqızı, keçmiş hərbçi və müharibə veteranı Simarə Süleymanova və digər şəxslər iştirak ediblər.
Çıxışlarda Şəhidin cəmi 22 illik şərəfli ömür yolundan danışılıb, Vətənpərvərliyindən, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Şəhidin valideynlərinə Leyla və Adil Əhmədovlara Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimova tərəfindən Şəhidin anası Leyla Əhmədovaya hədiyyə təqdim olunub.
Məclisdə həmçinin, Vətənə, Şəhidlərə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Onu da qeyd edək ki, məclisdə Şəhidin valideynləri, doğmaları, Bakı, Abşeron, Sumqayıt və Qubadan olan Şəhid ailələri, Qazilər, ziyalılar, Qubadlı rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Etikxeber.az ki, İlqar Əhmədov ailənin iki oğlan övladından biri olub.
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində-1978-ci ilin aprel ayının 6-da dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra Dənizçilik Akademiyasının Elektrotexnika fakültəsinə daxil olub.
Dördüncü kursda oxuyarkən könüllü şəkildə həqiqi hərbi xidmətə yollanıb.
Əvvəlcə Gəncədə, sonra Tərtərdə yerləşən “N” saylı hərbi hissələrdə qulluq edib.
2000-ci ilin yanvarın 26-da isə Tərtər istiqamətində düşmənin təxribatı nəticəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Ondan 8 yaş kiçik olan qardaşı Vüqar Əhmədov isə İlqar Əhmədovun Şəhidliyindən 11 il sonra, gənc yaşlarında-cəmi 25 yaşında, qəflətən və vaxtsız şəkildə dünyasını dəyişib.
Vüqar Əhmədov 1986-cı ilin 3 noyabr tarixində dünyaya gəlib və 2011-ci ilin 30 avqust tarixində vəfat edib.
O da qardaşı kimi Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
17:41
***
FOTOLAR:




18:30
***















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az