Ailənin 4 övladından biri, nişanlı, MAXE, 25 yaşında Şəhidlik məqamına ucalan-NURLAN QULİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidi, daha bir Nur üzlü Şəhid- Ağcabədi rayonunun Qaraxanlı kəndindən olan MAXE Nurlan Şükür oğlu Quliyevin Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından düz bir il keçir.

Düz bir il öncə-bu gün Nurlan Quliyevin nəşi doğlub boya-başa çatdığı Qaraxanlı kəndində dəfn edilib.

Etikxeber.az xəbər verir ki, 1995-ci ilin dekabrın 4-də sadə bir ailədə dünyaya gələn, evin-ailənin 4 övladından biri Nurlan Quliyev İkinci Vətən Müharibəsi zamanı Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 4 gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailəsi, anası axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.

O, həm də 3 ayın nişanlısı olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qaraxanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Ağcabədi, Goranboy, Samux, Gəncə və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

12:20

***

Nurlanın, Şəhidimizin anası Zülfiyyə xanıma söz vermişdim…

Söz vermişdim ki, mütləq onları da ziyarət edəcəyəm, onlara da baş çəkəcəyəm…

Və bu gün, Şəhidimizin Anım Günündə söz verdiyim kimi, Nurlanımızın ailəsini, ocağını ziyarət etdim, anım mərasiminə qatıldım…

Şəhidimizin Qürurlu, Əsdalətli anası Zülfiyyə xanıma, tək bacısına və iki qardaşına başsağlığı verdim, onlara Allahdan səbr dilədim.,.

“Şəhidimizin ruhu şad olsun. Nurlanımızın ruhu, Sizlərin qarşısında baş əyirəm!”-dedim…

***

Bəli, bu gün məhz Nurlana, Nurlan kimi Vətən sevdalılarına və onları Qəhrəman kimi yetişdirən ailələrinə minnətdar və borcluyuq…

Onlara olan borcumuz bir ömür boyu ödənməz və ödənməyəcək…

Məkanı cənnətlik, məqamı uca olsun, Nurlan balamızın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

12:33

***

FOTOLAR:

ANIM MƏRASİMİ…

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…

YARALI, DƏRDLİ VƏ QÜRURLU ŞƏHİD ANALARI…QARŞILARINDA BAŞ ƏYİLƏCƏK, BAŞ ƏYİLƏN ANALAR…

***

ƏSALƏTLİ, DİK DURUŞLU ZÜLFİYYƏ ANA…

12:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin-ailənin tək oğlu, nəşi 61 gündən sonra taplan-ŞƏHİD SƏİD HƏSƏN OĞLU ƏDİLOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏZARƏ ZİYARƏT EDİLDİ, 27 YAŞININ TAMAMI OLMASI İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Devran Nayıbov, Ramil Babayev, Fariz Şıxaliyev, Aqil Mirzəliyev, Elməddin Nurzaliyev, Emil Sadıqzadə, İlkin Əhədzadə, Teymur Məcidzadə, Zahid Zairli…Döyüş əməliyyatlarında Şəhid olmuş Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir