25 yaşında Şəhidlik zirvəsinə yüksələn, bir övladı Vətənə əmanət qalan-XALİD HASSANIN BU GÜN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xalid Hassanın Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından bir il keçir.

25 yaşında Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi düz bir il öncə, 7 noyabr tarixində Ağdam-Quzanlı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xalid Hassanın bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb

Etikxeber.az xəbər verir ki, Anım Günündə öncə Şəhidin Ağdam-Quzanlı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası Maya xanım, qardaşı, yaxınları, Ağdamdan və başqa bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Bir saatdan çox davam edən ziyarətdən sonra Bərdə rayonunda yerləşən “Bərəkət” şadlıq sarayında Şəhidin Anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Anım mərasimində də Şəhid ailələri, Şəhid ata-anaları, Qazilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Xalid Hassan da daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Anım mərasimi 4 saatdan çox çəkib.

Məqamı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

12:20

***

FOTOLAR

ANIM MƏRASİMİ…

DƏRDLİ, YARALI, HƏM DƏ MƏĞRUR VƏ QÜRURLU ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

ŞƏHİD XANIMI VƏ ŞƏHİD BALASI…

ŞƏHİD ATALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ATALAR, QƏHRƏMAN AİLƏLƏR…

QƏHRƏMAN ANALAR…CƏNNƏT ANALAR…

İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ…

***

QARŞISINDA BAŞ ƏYİLƏCƏK AZƏRBAYCAN XANIMLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Xalqımız artıq qalib xalqdır, bizim 8 Noyabr – Zəfər Günümüz var və bundan sonra Azərbaycanı yeni bir dövr gözləyir”-MİLLƏT VƏKİLİ

Read Next

“Qürurun, Zəfərin, Zəfər Günün mübarək, Azərbaycanım!”-JALƏ ƏLİYEVA 8 NOYABR-ZƏFƏR GÜNÜNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir