Noyabrda dünyaya gələn və noyabrda da Şəhid olan ailənin tək oğlu, 5 medallı, 2 övlad atası-NAHİD İBRAHİMZADƏ…ŞƏHİDİN AİLƏSİ, VƏTƏNƏ ƏMANƏT ÖVLADLARI İLƏ MARAQLANAN OLACAQMI? – FOTOLAR

Nahid Şahid oğlu İbrahimzadə…

Əslən Ağdaşlı, özü isə Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidi…

Nahid İbrahimzadə 1994-cü ilin noyabr ayının 1-də sadə bir ailədə-İbrahimovlar ailəsində dünyaya gəlib…

Ailədə 3 uşaq-2 bacı, 1 qardaş olublar…

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və Əsgərliyini başa vuraraq, yenidən evinə, ailəsinə dönüb…

Müxtəlif sahələrdə çalışıb, ailə həyatı qurub…

İki övladı, iki oğlu dünyaya gəlib…

İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub…

Döyüş yolu da uzun və şərəfli olub…

Sentyabrın 29-dan noyabrın 4-nə kimi, Cəbrayıldan, Xocavənddən ta Şuşayacan döyüş yolu keçib…

İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi 6 gün, Şuşanın azad olunmasına isə cəmi 4 gün qalmış Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, noyabrın 5-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 5 medalla təltif olunub.

***

Dünən, 19 may tarixində Şəhidin valideynləri ilə Buzovnada yerləşən Reabilitasiya Mərkəzində görüşdüm…

Onlarla bir xeyli söhbətləşdim, hal-əhvallaşdım, dərdləşdim…

Şəhidin ailəsi, valideynləri Nahidin Vətənə əmanət qalan iki övladına, gələcəyin iki Qəhrəmanına qarşı laqeyd, biganə münasibətdən narazılıq etdilər…

Şəhidin övladları ilə heç bir qurumun maraqlanmadığını, ilgilənmədiyini dərin təəssüf hissi ilə dilə gətirdilər…

Və bu biganəlyin, bu ayrı-seçkiliyin tezliklə aradan qaldırılmasına təmənna və tələb etdilər…

Eyni zamanda, Şəhidin həyat yoldaşının yarım ştatlıq işlə təmin olunmasını düzgün hesab etmədiklərini bildirdilər…

Qeyd etdilər ki, uzun müraciətlərdən sonra gəlinləri, Şəhid xanımı 17 saylı uşaq bağçasında yarım ştatlıq işlə təmin olunub…

Və istəyirlər ki, gəlinləri tam ştatlıq işlə təmin olunsun…

Bəli, bunlar Şəhid ailəsinin, tək oğul övladlarını Vətən yolunda qurban vermiş İbrahimovlar ailəsinin haqlı istəkləri və tələbləridir…

Və onların bu istəkləri, bu tələbləri aidiyyatı, müvafiq dövlət qurumları tərəfindən yerinə yetirilməlidir…

Və artıq söz, vəd deyil, konkret qərar vaxtıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zabitlər Evində Baş leytenant-ŞƏHİD RAMİQ MİKAYILOVLA BAĞLI ANIM TƏDBİRİ KEÇİRİLDİ – FOTOLAR

Read Next

III qrup üzrə qəbul imtahanı keçiriləcək-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir