26 yaşının tamamında, Cənnətdəki dördüncü doğum günündə-ŞƏHİD XUDAYAR YUSİFZADƏNİN MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Ağdamlı və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xudayar Müslüm oğlu Yusifzadənin Cənnətdəki dördüncü doğum günü, 26 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə, anası Radə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi açılıb.

Daha sonra Şəhidin ailəsinin Güloğlular kəndində yaşadığı evdə adına ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı adına təşkil edilən ehsan süfrəsində ailə üzvləri, doğmaları, Bərdəli, Goranboylu, Mingəçevirli, Tərtərli və Sabirabadlı Şəhid ailələri, hərbçilər, Qazilər, məktəblilər və müəllimlər, din xadimləri və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid qardaşlardan Tural Həsənovun 30 yaşı tamam olur-SABAH ŞƏHİDİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

Küləklə bağlı-SARI XƏBƏRDARLIQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir