2676 yeni yoluxma-DAHA 38 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 460 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Etikxeber.az

Read Previous

“Cənub qonşumuz-İran unutmamalıdır ki, Azərbaycanın bundan sonra da susmaq, yaxud, adekvat tədbirlər görməmək kimi bir öhdəliyi yoxdur”-BƏHRUZ MƏHƏRRƏMOVDAN İRANLA BAĞLI DAHA BİR SƏRT YAZI-MÖVQE – (ÖZƏL)

Read Next

“Dağıdılmış Qarabağ vardı…”-MİLLƏT VƏKİLİNDƏN ABŞ SƏFİRİNƏ KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir