Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.
Modern.az xəbər verir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də təcavüzkar Ermənistan tərəfindən işğal edilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 822 saylı qətnaməni qəbul etməsinə baxmayaraq, 27 ildən çox idi Ermənistan Kəlbəcəri işğal altında saxlayırdı.
Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmiş oldu.
Belə ki, sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi.
Beləliklə, noyabrın 10-da Ermənistan Baş naziri işğal altındakı digər rayonları, o cümlədən Kəlbəcəri Azərbaycana qaytaracağına imza atdı.
00:48
***

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir”.
Bunu bir az öncə keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bəyanata əsasən, 15 noyabradək Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub: “Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol – Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.
O, sonra deyib ki, Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qaquni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır.
H. Hacıyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var:
“Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir. Ağdamda Tiqranakert adlandırdıqları ərazidə də qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılarda əldə edilənlərin Ermənistana aparılması cəhdləri də var. Bu, beynəlxalq qanunların pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinə maddi-mədəni irsi talan edən və Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, məscidlərdə donuzlar belə saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın Barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.
***
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşmış əhali çıxarılmalı, Azərbaycan Silahlı Qüvvələri həmin əraziyə hərəkət etməli idi”.
Bunu isə Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib.
H. Mahmudov deyib ki, Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarətində olan hissəsi minadan təmizlənib və günü bu gün Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etməyə hazırdır:
“Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq. Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.
***
“Ermənistan silahlı qüvvələri və Kəlbəcərdə qeyri-qanuni yerləşdirilmiş əhali oranı tərk edir, heç bir təxribata yol verilmir”-deyən H. Mahmudov həmçinin bildirib ki, Vardenis istiqamətində yolun dar olduğu da videgörüntülərdən aydın görünür:
“Biz də rayonun boşaldılması prosesinə hər hansı müdaxilə etmirik”.
Etikxeber.az