“27 ildə Elvini, balamı tanımamışam…Sən demə, evimdə bir Qəhrəman, bir mələk böyütmüşəm…”-ŞƏHİD ELVİN SƏXAVƏT OĞLU ABASOVUN ANASI BAHAR XANIM – FOTO-VİDEO

Bu gün, 15 dekabr tarixində, cəmi saatlar öncə daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanımızın, Vətən sevdalımızın, Nur üzlü Şəhidimizin ailəsini ziyarət etdim…

Əslən Şamaxının Çahran kəndindən olan, ancaq Bakıda (Xətai rayonunda), sadə, zəhmətkeş Abasovlar ailəsində böyüyüb boya-başa çatan Elvin Səxavət oğlu Abasovun özü kimi İgid, Qəhrəman, Məğrur, Dik duruşlu ailəsinə baş çəkdim…

Şəhidimizin Nur simalı valideynləri-anası Bahar xanım, atası Səxavət kişi, döyüş yoldaşı, Bakılı balası Emil və Şəhidimizin qardaşı oğlu ilə görüşdüm…

Öncə Şəhidimizin ailəsinə-valideynlərinə bir daha başsağlığı verdim, onlara bir daha Allahdan səbr dilədim, bir daha “Şəhidimizin ruhu şad, məqamı Uca, məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedim…

Bir daha Elvin Abasov da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında dərin ehtiram hissi ilə baş əydiyimi bildirdim…

Şəhidimizin ailəsini ziyarətim iki saatdan çox çəkdi…

Yeri gəlmişkən, ziyarət-görüşdə Şamaxıdan olan din xadimi Cavid bəy də iştirak edirdi…

Ziyarət-görüş çox səmimi, çox isti, çox duyğulu keçdi…

Şəhidimizin ailəsi, Elvini nəinki döyüş yoldaşı, həm də qardaşı bilən, artıq Abasovlar ailəsinin bir üzvünə, mənəvi övladına çevrilən Emil ilə xeyli söhbətləşdim, dərdləşdim…

İkinci Vətən Müharibəsindən, Şəhidlərimizin, Elvin kimi Vətən sevdalılarının İgidliyindən, Qəhrəmanlığından, onların qısa, lakin şərəfli həyat və döyüş yolundan danışdıq, bəhs etdik…

Həm kədərləndik, həm də qürurlandıq, fəxarət hissi keçirdik…

Kədərləndik ona görə ki, qanlı Qarabağ savaşı minlərlə, on minlərlə ailəni oğulsuz, övladsız, sahibsiz, başsız, anaları, ataları, övladları, gəlinləri gözüyaşlı qoydu…

Fəxr etdik, Qürurlandıq ona görə ki, məhz Şəhidlərimizin, Elvinlərimizin İgidliyi, Qəhrəmanlığı sayəsində 32 illik Qarabağ savaşına son qoyuldu, düşmən üzərində tarixi Zəfər və Qələbə qazanıldı, yağı və qəvi düşmən himayədarları ilə birlikdə qarşımızda diz çökdürüldü…

Bəli, tarixi, müqəddəs Qələbə və Zəfərimizə görə, ilk növbədə Şəhidlərimizə, Elvinlərimizə borclu və minnətdarıq…

Ömür boyu onlara borcluyuq və borclu qalacağıq…

Heç zaman onların borcundan çıxa bilməyəcəyik…

Və 27 yaşında Şəhidliyinə, Şəhadətinə qovuvmuş Elvin Abasovun və cəmi Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, baş əyirik!

***

Şəhid anası-Qəhrəman ana Bahar xanımın dediklərindən:

“Mən 27 ildə Elvini, balamı tanımamışam…Sən demə, evimdə bir Qəhrəman, bir mələk böyütmüşəm…Bəli, oğlumun İgid bir oğul olduğunu bilirdim, amma onu tam yaxından tanıya bilməmişəm…Emil oğlumun döyüş yoldaşı olub, bir yerdə vuruşublar…Emil bir ayda Elvini məndən, bizdən daha çox və daha yaxından tanıyıb…Emil danışdıqca, bir daha oğlumla, balamla Fəxr edir, Qürur duyuram…Fəxr edir, Qürur duyram ki, Elvin kimi bir Oğulun anasıyam (Gözləri dolur)…”

Məkanında rahat uyu, Elvin bala-Elvin Abasov!

Daim qəlbimizdə, qəlblərdəsən!

Azərbaycan var olduqca, sən də var olacaqsan!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var: Azərbaycan çox qonaqpərvər ölkədir…”-VOLODİMİR ZELENSKİ – FOTOLAR

Read Next

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir