Londonda 27 mərtəbəli binada yanğın baş verib.
Etikxeber.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.
Yerli vaxtla saat 01:15-də başlayan yanğın səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.
Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
***
Son məlumata görə, güclü yanğın zamanı xeyli sayda yaralanan və ölən var.
Ölənlərin sayı hələlik dəqiq bəlli olmasa da, yaralananların sayının 50-yə yaxın olduğu bildirilir.
Etikxeber.az