27 mərtəbəli bina yanır – LONDONDA : ÖLƏN VƏ YARALANANLAR VAR – YENİLƏNİB

Londonda 27 mərtəbəli binada yanğın baş verib.

Etikxeber.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.

Yerli vaxtla saat 01:15-də başlayan yanğın səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.

Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

***

Son məlumata görə, güclü yanğın zamanı xeyli sayda yaralanan və ölən var.

Ölənlərin sayı hələlik dəqiq bəlli olmasa da, yaralananların sayının 50-yə yaxın olduğu bildirilir.

Etikxeber.az

 

Read Previous

İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış oldu – FOTOLAR – YENİLƏNİR

Read Next

Əli Əhmədov: “Əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem həllini tapsın…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir