27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb – MSK AÇIQLADI

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 nəfər müraciət edib.

Etikxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov adıçəkilən qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb:

“11 nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub:

“Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb, 159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər  sə seçkilərdə iştirakını dayandırıb”.

Etikxeber.az

Read Previous

YAP-ın deputatlığa namizədi- FATMA YILDIRIM KİMDİR? – YENİLƏNİB – FOTOLAR

Read Next

Gövhər Baxşəliyeva seçkilərə qatıldı? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir