Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini Fazil Mustafa deyib.
F. Mustafa bildirib ki, dünyanın heç bir ölkəsində bələdiyyə parlamentə hesabat vermir:
“Biz artıq bundan tədricən imtina etməliyik. Çünki bu iki qurum ayrı-ayrı strukturdur. Konstitusiyanın 146-cı maddəsində göstərilir ki, ehtiyac olsa, bələdiyyə parlamentlə hesabat verir. Ancaq Naxçıvan Konstitusiyasında bu maddə yoxdur. Bu, absurd bir şeydir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bizə hesabat verir. Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil. Bu, seçkili orqandır”.
F. Mustafa təklif edib ki, 27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilsin:
“Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik. Heydər Əliyev də bəyan edib ki, biz işğal nəticəsində müstəqilliyimizi itirmişik”.
MM-in Aparat rəhbəri Səfa Mirzəyev isə deyib ki, parlamentdə bələdiyyələr hesabat vermir, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi məruzə təqdim edir.

K. HƏMZƏOĞLU
Etikxeber.az





