27 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan həm Bakılı, həm də Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Həsənov-MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİDİN ANASINA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Şabranın Zeyvə kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun doğum günüdür.

Vüsal Həsənovun bu gün 27 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Vüsal Həsənov 1997-ci ilin iyul ayının 3-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gəlib.

 Ailənin dörd oğlan övladından, dörd qardaşdan biri olub.

illər öncə iki azyaşlı qardaşını atasını itirib.

İki qardaş qalıblar.

Badamdar qəsəbəsindəki 239 nömrəli tam orta məktəbdə təhsil alıb.

2015-ci ildə Azərbaycan Dəmir Yolu Peşə Liseyinə daxil olub və 2016-cı ilə qədər burada təhsil alıb.

Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal 2018-ci ilin oktyabr ayında əsgərliyini başa vurub, ailəsinə dönüb.

2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunan Vüsal İkinci Vətən Müharibəsi başlayan ilk dəqiqələrdən döyüşlərə atılıb.

Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edib və oktyabr ayının 11-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma uzun müddət, iki aya yaxın ərzində nəşini əldə etmək mümkün olmayıb.

Yalnız dekabr ayında nəşi əldə edilib və dekabrın 3-də Əbədiyyətə uğurlanıb.

Nəşi Şabran rayonunun Zeyvə kəndinin qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Ailəsi, anası isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Vüsal eyni zamanda, subay olub.

***

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Şabranın Zeyvə kənd qəbiristanlığındakı məzarı Şəhidin anası Mərifət xanım və Bakıdan gələn qonaqlarla birlikdə ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Şəhidin 27 yaşının tamam olması ilə bağlı Zeyvə kəndində-ailəsinə məxsus evdə adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub, bir daha Şəhidin ailəsinə, anası Mərifət xanıma Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Eyni zamanda, “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin anası Mərifət xanıma “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu sözügedən qrupun tanınmış üzvü Azər Hüseynov təqdim edib.

Şəhidin anası da övladının mövluduna, məzarını ziyarətə gələnlərə, xüsusilə, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının rəhbərliyinə-Muxtar Nağıyevə, Sədaqət Həsənovaya, o cümlədən Səbailli Şəhid ailələrinə, Bakıda yerləşən 239 saylı məktəbin rəhbərliyinə öz minnətdarlığını ifadə edib.

Həmçinin, “Xarıbülbül” simvoluna görə “Odlar yurdu” qrupuna və məşhur iş adamı Mübariz Mənsimova təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə-ehsan süfrəsində anası və qohumları, YAP Səbail rayon Bibiheybət ərazi təşkilatının sədri, hər zaman Şəhid ailələrinin yanında olan Sədaqət Həsənova, Bakının Səbail rayonundan olan bəzi Şəhid ailələri, ziyalılar, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov, təşkilatçı Aysel xanım, Bakı şəhərində yerləşən 239 saylı tam orta məktəbin direktoru Nisə Fərəcova və adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

13:20

***

FOTOLAR:

19:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İşğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərilməsi təşəbbüsünüzə görə bir daha bütün Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm…”-İLHAM ƏLİYEV ŞƏT-İN ZİRVƏ TOPLANTISINDA QAZAXISTAN LİDERİ İLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında-ÜÇTƏRƏFLİ GÖRÜŞ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir