27 yaşlı Məhəmməd Məmmədlinin Cənnətdəki ilk ad günü-MƏZARI ZİYARƏT OLUNDU, “ŞƏHİD BULAĞI”NIN-“DÖYÜŞÇÜ QARDAŞLAR LÖVHƏSİ”NIN AÇILIŞI OLDU… – YENİLƏNİB – (1) – FOTOLAR

Bu gün, 21 avqust tarixində 27 yaşı tamam olan, evin-ailənin tək oğlu, bir övlad atası-İkinci Vətən Müharibəsi Şəhidi Məhəmməd Murad oğlu Məmmədlinin Cənnətdəki ilk ad günü ilə bağlı Mingəçevir şəhər Şəhidlər Xiyananındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, qonuşları, şəhər sakinləri, Mingəçevirdən, o cümlədən digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, məktəblilər iştirak ediblər.

Onlar Məhəmməd Məmmədli də daxil olmaqla, Şəhidlər Xiyabanındakı Şəhidlərin məzarlarını bir-bir ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüb, əklil qoyub, Şəhidlərin ruhlarına dualar ediblər.

Şəhidin anası Mehriban xanım ziyarət və belə bir gündə onları tək, yalnız buraxmadıqları üçün hər kəsə, xüsusilə, Şəhid ailələrinə minnətdarlığını bildirib.

Saat 16:00-dan başlayan ziyarət bir saat çəkib və 17:00-da başa çatıb.

17:10

***

Ziyarətdən sonra Şəhidin yaşadığı evin yaxınlığında onun adını daşıyan “Şəhid bulağı”nın və “Döyüşçü qardaşlar lövhəsi”nin (Məhəmmməd, İlkin, Tural və Ərzuman) açılış mərasimi başlayıb.

Açılışda öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himini oxunub və səsləndirilib.

“Şəhid bulağı”nın açılışından sonra çıxış üçün söz Şəhidin anasına, yaxınlarına, mərasimə qatılan Şəhid ailələrinə, Şəhid analarına və digər iştirakçılara verilib.

Onlar Məhəmməd Məmmədli də daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr etdiklərini, Qürur duyduqlarını, ruhları qarşısında baş əydiklərini bildirib, Şəhidləri heç kimin unutmağa haqqı olmadığını dilə gətiriblər.

Açılışda həmçinin, məktəblilərinn ifasında Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Açılışda yenə Şəhidin ailə üzvləri, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, şəhər sakinləri və digərləri iştirak ediblər.

Allah Şəhidimizin Cənnətdəki ilk ad gününü-mövludunu mübarək, məkanını cənnətlik etsin!

Allah ailəsinə səbr və dözüm versin!

18:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

21.08.2021, Bakı-Mingəçevir-Bakı

Etikxeber.az

Read Previous

Daha 3551 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

Elçibəyin vəfatından-21 İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir