27 yaşlı qızı qətlə yetirən şəxs həbs edildi

Gəncədə 27 yaşlı qızı qətlə yetirən şəxs saxlanılıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dekabrın 7-də Gəncənin Adil Xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binada, ev 70-də törədilən qətlin üstü açılıb.

Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1989-cu il təvəllüdlü Səadət Verdiyevanı qətlə yetirən Goranboy rayon Səmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Famil Məmmədov saxlanılıb. Məlumata görə, S. Verdiyeva ilə F. Məmmədov tanış olublar və qızın yaşadığı mənzildə görüş zamanı aralarında yaranan mübahisə zəminində qətl törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Etikxeber.az

Read Previous

Manat avro və lirəyə qarşı bahalaşdı

Read Next

Avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıldı – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir