27 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,  digərlərinin səhhəti isə  stabildir.

Bu haqda Etikxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Həmçinin, bildirilib ki, infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Etikxeber.az

Read Previous

Daha bir təşkilat Şuranın “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına-QOŞULDU

Read Next

Gənc və yeni deputat AŞPA məruzəçilərinin bəyanatı ilə bağlı-ADIÇƏKİLƏN QURUMUN RƏHBƏRLİYİNƏ MƏKTUB ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir