270 peşə standartı yenilənməli, mini üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır – NAZİR

Hazırda Azərbaycanın məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var. Lakin bu, onların səriştəsi və bacarığı olmadığı anlamına gəlmir. Sadəcə olaraq onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informal bacarıqların tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəni və ya ali təhsil müəssisəsini bitirməyib. Əmək bazarında olanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malikdirlər.

Etikxeber.az xəbər verir ki, bu sözləri “İnformal və qeyri-formak üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda keçirilən konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 270 peşə standartı yenilənməli, 1000 peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır.

sahilllllll-2

Prezident İlham Əliyevin təsdiqlədiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na da toxunan Sahil Babayev bu istiqamətdə görüləcək işlərin böyük əhəmiyət kəsb etdiyini vurğulayıb: “Azərbaycan hazırda sürətlə inkişaf edir. Bu isə özü ilə birlikdə çətinliklər gətirir. Hər il ölkənin əmək bazarına 100 min nəfərə yaxın yeni işçi qüvvəsi daxil olur. Buna görə də məşğulluq strategiyası baxımından görülən tədbirlərin əhəmiyyəti böyükdür. Bununla yanaşı, növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır”.

Nazir hazırda Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faiz olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin iqtisadiyyatda müasir meyllərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətədavamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Etikxeber.az

Read Previous

Klublar cərimələndi, futbolçular cəzalandırıldı…

Read Next

“Vorskla” “Qarabağ”la oyuna görə aksiya təşkil edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir