28 yaşı tamam olan Şəhid Fəxri Qəribzadənin-CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ, ÇIXIŞLAR EDİLDİ, ŞƏHİDİN QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN BƏHS OLUNDU…- FOTOLAR – YENİLƏNİB – (7)

Bu gün, 10 yanvar tarixində Bərdənin Güloğlular kəndinin və həm də Bakının Suraxanı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək və nişanlı oğlu, anası tərəfindən uşaq yaşlarından təkbaşına böyüdülən, kirayələrdə yaşayan, MAXE, 3 medallı Fəxri Qəribzadənin Cənnətdəki ikinci ad günüdür, onun 28 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, 1994-cü ilin 10 yanvar tarixində olan Fəxri Qəribzadənin mövludu, Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Bakı şəhərində yerləşən “STAR Hall” şadlıq sarayında mərasim keçirilir.

Mərasimdə Şəhidin anası Mehparə Qəribova, 4 uşaq anası olan tək bacısı Türkan Qəribzadə və onun ailə üzvləri, yaxınları, Bərdə, Bakı, Mingəçevir, Kürdəmir, Goranboy, Sumqayıt, Gəncə və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edirlər.

Mərasim Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin oxunması ilə başlayıb.

Sonra Fəxri Qəribzadə də daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Mərasimdə Şəhidin anası və digər mərasim iştirakçıları, Şəhid ailələri çıxışlar edir, Fəxri Qəribzadə, bütövlükdə İkinci Vətən Müharibəsi, Qələbə və Zəfər Şəhidləri ilə bağlı fikirlərini bölüşürlər.

Mərasimdə eyni zamanda, Şəhidin adına ehsan verilir.

Mərasim davam edir.

11:00

***

FOTOLAR:

ŞƏHİD ANASI…ŞƏHİD ANALARI…ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANA…QƏHRƏMAN ANALAR…QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏR…VƏTƏN SEVDALILARI…

11:06

***

QARŞILARINDA BAŞ ƏYİLƏCƏK, QARŞILARINDA BAŞ ƏYİLƏN QƏHRƏMAN ANALAR VƏ ATALAR…

11:40

***

12:25

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMƏSİ VƏ ƏZƏMƏTLİ DÖVLƏT HİMİNİNİN OXUNMASI…

***

ANA, ANALAR YANAR AĞLAR

12:45

***

DUYĞULU, TƏSİRLİ ANLAR…SÖZÜN BİTDİYİ YER…

13:35

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

14:04

***

Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim 5 saata yaxın davam edilib.

Mərasimdə şeirlər səsləndirilib, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər ifa edilib.

Şəhidin anası Mehparə xanım isə bir daha mərasim iştirakçılarına minnətdarlığını ifadə edib, belə bir gündə onu tək buraxmadıqları hər hər kəsə təşəkkürünü dilə gətirib.

15:41

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

329 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

Sahib Ələkbərov “Şöhrət” ordeni ilə-TƏLTİF OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir