Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naxçıvan Muxtar Respublikasının-Şərur rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, itkin Şəhidlərimizdən olan İbrahim Səməd oğlu Vəlizadənin doğum günüdür.
İbrahim Vəlizadənin bu gün-11 iyun 2026-cı il tarixində 28 yaşı tamam olur.
28 yaşının tamam olması, mövludu ilə bu gün səhər saatlarında Şəhidin Şərur Şəhidlər Xiyabanındakı büstü ziyarət olunub.
İzdihamlı ziyarət zamanı Şəhidin büstü önünə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Çıxışlar edilib.

Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Məmməd Məmmədov, Qazi Qurbanəli İsmayılov, Şərurlu və Tovuzlu Şəhid valideynləri, eləcə də digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin ailəsinə, valideynlərinə-anası Xurşud xanıma və atası Səməd Vəliyevə Allahdan səbr və dözüm arzulanıb.
Həmçinin, Şəhidin 22 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, Vətən naminə fədakarlığından bəhs olunub.

Eləcə də Tovuzlu Şəhid ailələri adından İbrahim Vəlizadənin ailəsinə xalça hədiyyə olunub.
Şəhidin atası Səməd Vəliyev də öz növbəsində hər bir kəsə-bütün ziyarət iştirakçılarına özü və ailəsi adından minnətdarlığını ifadə edib.
Bildirib ki, bir ata, bir valideyn olaraq onun üçün nə qədər ağır və çətin olsa da, övladı ilə Fəxr edir, Qürur duyur.
Büstünü ziyarətdən sonra isə “Xarıbülbül” şadlıq sarayında Şəhidin mövludu ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha çıxışlar və ruhuna dualar olunub.

Bəzi Şəhid valideynləri, Naxçıvan Ali Məclisinin üzvü, Şəhid anası Gülşad Rüstəmli, tanınmış ifaçı Nurlan Ordubadlı, hərbçilər, telejurnalist Səidə Bəkirqızı və digərləri çıxış edib, hər daim İbrahim Vəlizadənin ailəsinin yanında olduqlarını və olacaqlarını dilə gətiriblər.
Qeyd edək ki, Şəhidin büstünü ziyarətdə və mövludu ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, doğmaları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov, ziyalılar, İcra baçısı Kamal Cəfərov başda olmaqla, Şərur rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, İbrahim Vəlizadə 1998-ci ilin iyun ayının 11-də Şərur rayonun Vərməziyar kəndində-sadə bir ailədə dünyaya gəlib…
Ona babası İbrahim kişinin adı qoyulub…
Ailənin dörd övladından, dörd qardaşdan biri və evin ikinci oğlu olub…
Əvvəlcə Vərməziyar kənd orta məktəbində oxuyub, sonra-2012-2015-ci illərdə təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirib…
Liseyi bitirdikdən sonra-2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və orada ali-hərbi təhsil alıb…
Ali Hərbi Məktəbi başa vurduqdan sonra ona Leytenant hərbi rütbəsi verilib…
Şəmkir rayonunda-Seyfəlidə yerləşən hərbi hissədə peşəkar hərbçi kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı isə döyüşlərə, Vətənin müdafiəsinə atılıb və sentyabr ayının 30-dan isə ondan heç bir xəbər almaq mümkün olmayıb…
Həmin vaxtdan adı itkin Şəhidlərimiz sırasındadır…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
Şərur Şəhidlər Xiyabanında büstü ucaldılıb…
22 yaşında Şəhadətə qovuşan İbrahim həm də subay olub…
Ali təhsilli böyük qardaşının övladı Onun adını daşıyır…
15:45
***
FOTOLAR:















16:26
***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





