Natiq Cəfərli azadlıqda – “Lakin barəmdə olan cinayət işinin araşdırılması davam edir”

“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.

Etikxeber.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.

N. Cəfərli özü isə mətbuataa açıqlamasında bu qərarın Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında verildiyini qeyd edib.

Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”- deyə, N. Cəfərli mətbuata açıqlamasında vurğulayıb.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Etikxeber.az

Read Previous

Futbol üzrə Avropa çempionatının dörd oyununun Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı

Read Next

Mərkəzi Bank uçot dərəcəsini 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir