“29 il keçir ikinci-tarixi, möhtəşəm Müstəqilliyimizdən… Bu günümüz də Qələbə xəbərli, sabahımız da Qələbə sevincli olacaq!”-JALƏ ƏLİYEVA YAZDI

Oktyabrın 17-si, gecə saatları…

Pusquda, marıqda dayanmış murdar və mənfur düşmən, nasist və faşist Ermənistan yenə öz xislətini, barbarlığını, vandallığını, əsl simasını-simasızlığını, qanadoymazlığını, qandan bəsləndiyini ortaya qoydu…

Uşaq, körpə, qadın, qoca…demədən yuxuda olan dinc, mülki insanları raket atəşinə, zərbələrinə məruz qoydu…

Cəmi 6 gün öncə və ondan bir neçə gün əvvəl törətdiyi Gəncə vəhşətini, qətliamını bu dəfə daha amansız, daha qəddar, daha quduzlaşmış şəkildə həyata keçirdi, dünya sivilizasiyasının beşiyi olan, Nizami, Məhsəti, düşmən qarşısında boyun əyməyən, canından keçən Cavadxan yurdunu, dünya miqyaslı nəhənglər, korifeylər-Adil İsgəndərovun, Ələddin Abbasovun, Fikrət Əmirovun vətənini, ilk müstəqil Cümhuriyyətimizin ilk alnıaçıq paytaxtı Gəncəni qana boyadı, ikinci baş şəhərimizdə insanlıq dramı yaşatdı…

Kar, kor, lal…dünyanın gözləri qarşısında növbəti terrakt, növbəti vandalizm-soyqırımı aktı, ikinci Xocalı, ikinci Ağdaban, ikinci Bağanıs Ayrım…yaşandı, yaşadıldı…

Hər dəfə qan tödükcə cəzasız qalan, nəinki cəzasız qalan, əksinə, növbəti cinayətə, insanlıq dramına stimullaşdırılan mənfur, murdar ermənilər, cinayətkar, terrorist Ermənistan yenə ruhuna, dəyərlərinə, mahiyyətinə uyğun davrandı, sentyabrın 27-dən bu yanakı məğlubiyyətlərinin, fiaskolarının qəzəbini, acısını yenə alçaqcasına, rəzilcəsinə mülki, dinc…insanlardan çıxarmaqda gördü…

Çünki həmişəki adətləri, həmişəki şakərləridir…Əzəl gündən belə gəliblər, bu gün də belədirlər, sabah da dəyişən heç nə olmayacaq…

Gecə vaxtı, insanları yuxudaykən, yatağındaykən…bomblamaq, qətlə yetirmək, vandallıq, barbarlıq törətmək ancaq ermənilərin, onun-bunun əl buyruğu, maşası olan vassal-terrorist Ermənistanın işi ola bilər…

Hətta faşist Almaniyasının, ən qanlı hərbi-siyasi cinayətkarların belə etmədiyini yalnız bunlar edə bilər…İçi, ruhu, mahiyyəti çürük, xəstə olan, insanlıqdan nəsib almayan ermənilər, onların qondarma, Azərbaycan-Türk torpaqları hesabına yaradılan Ermənistanı…

Nə deyəsən, nə yazasan ki…hisslərini tam ifadə, qəzəbini tam ortaya qoya biləsən…Sözlər, kəlmələr belə bu qəddarlıqların, bu vandallıqların, bu barbarizm əməllərinin qarşısında acizdir…

Lənətə gələsiniz, gələcəksiniz…O körpələrin, o qadınların, o insanların ahı sizləri nə bu, nə o dünyada rahat, cəzasız, cavabsız buraxacaq…Bu ahlar, bu qanlar yerdə qalmayacaq, necə ki, qalmadı, qalmır və qalmayacaq…

Bir gözümüz Gəncəmizə, gəncəlilərimizə ağlasa da, bir gözümüz güldü…Heç zaman xalqını arxasız, dayaqsız, imdadsız qoymayan Sərkərdə Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli, müzəffər Ordusu, ər, nər igidlərimiz üzümüzü, gözümüzü güldürdü.

Gəncənin göz yaşlarını Ali Baş Komandanın 17 oktyabr tarixli müraciəti, Füzuli şəhərinin və onun daha 7 kəndinin murdarlardan təmizlənməsi, azad edilməsi xəbəri sildi…

Gəncənin, gəncəlilərin, Tərtərin, tərtərlilərin, Qaşaltının-naftalanlıların, Tap-Qaraqoyunlunun, goranboyluların… qisası bir daha yerdə qalmadı, qoyulmadı…

27 ildən sonra Füzulimiz füzulilərimizə, cəmi Azərbaycanımıza qoşudu…Ruhlar ruhlara qovuşdu…

Cənab Ali Baş Komandan bütün Azərbaycana, kar, kor, lal dünyaya əzmlə, şövqlə duyurdu:

“Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Bəli, yenidən qəvi, yağı, murdar düşmənə, onun qanlı havadarlarına çalın-çarpaz dağ çəkildi, bir daha Azərbaycanın sarsılmazlığı, yenilməzliyi, sinmazlığı, əyilməzliyi nümayiş etdirildi, bir daha hər bir kəsə net mesaj verildi.

Heç kim, heç nə bizi Haqq savaşımızdan, Zəfər Yürüşümüzdən, Qarabağa Qovuşmağımızdan döndərə, çəkindirə bilməyəcək…Necə ki, bu günə qədər bunu edə, bacara bilməyiblər…

Ali Baş Komandanımızın müraciətində də deyildiyi kimi,  biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik.

Daha bir sitat:

“Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

Bəli, Qarabağ Azərbaycandır, Qarabağ candır, Qarabağ can Azərbaycanındır, can Azərbaycanın da olacaq!

Bu gün həm də ikinci-tarixi Müstəqilliyimizin doğum günüdür…

29 il keçir ikinci-tarixi-möhtəşəm Müstəqilliyimizdən…

Bu illərdə çox aşılmaz sədləri keçdik, çox olmazları var etdik…

Bu gün də edirik, yarın da edəcəyik…Bu günümüz də Qələbə xəbərli, sabahımız da Qələbə sevincli olacaq!

Günün, Qələbən, Zəfərin mübarək, Azərbaycanım!

Jalə Əliyeva,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu gün tarixin ən şərəfli və şöhrətli günləridir…”-MƏLAHƏT İBRAHİMQIZI

Read Next

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini-ƏLƏ KEÇİRDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir