29 yaşı Onsuz qeyd edilən-ŞƏHİD ELVİN ABASOV…AİLƏNİN 3 ÖVLADINDAN BİRİ OLAN SUBAY ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Bakının (Şamaxının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elvin Səxavət oğlu Abasovun doğum günüdür.

Elvin Abasovun bu gün 29 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, 1993-cü ilin 17 iyun tarixində Şamaxının Çahran kəndində dünyaya gələn Elvin Abasov ailədə 3 qardaş olublar.

1999-2010-cu illərdə Bakıda, Xətai rayonunda orta məktəbdə təhsil alıb və orta məktəbi qurtardıqdan sonra texnikuma-Kollecə-Bakı Dövlət Kollecinə daxil olub.

Sonra təhsilini yarımçıq qoyaraq, 2013-cü ilin aprelində hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra təhsilinə qaldığı yerdən davam edib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra isə özü könüllü şəkildə Vətən müdafiəsinə yollanıb.

Döyüş yolu da düz bir ay, oktyabrın 9-dan noyabrın 8-cən çəkib.

Elvin cəbhənin Füzuli-Xocavənd istiqamətlərində döyüşüb, vuruşub və noyabrın 8-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qarın nahiyəsindən yaralanıb.

Ailəsinə yaralanması xəbəri üç gün sonra, noyabrın 11-də verilib.

14 gündən sonra, noyabrın 22-də isə dünyasını dəyişib, Şəhid olub.

Və elə həmin gün nəşi Şamaxı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

11:30

***

Elvin Abasovun Cənnətdəki ikinci doğum günü, 29 yaşının tamam olması ilə bağlı Bakının “Monte Karlo” restoranında (şadlıq sarayında) mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidin valideynləri, ailə üzvləri, yaxınları, Şamaxıdan, Bakıdan, Sumqayıtdan, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Bakının Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi, Şamaxı rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi, millət vəkili Könül Nurullayeva və başqa şəxslər iştirak edirlər.

Mərasimdə Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Eyni zamanda, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasimdə həmçinin çıxışlar edilib.

Çıxışlarda Şəhidin və Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən bəhs olunub, Elvin Abasovun ailəsinə bir daha səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci ad günü təbrik edilib.

Şəhidin valideynləri də öz növbəsində onları belə bir gündə tək buraxmadıqları üçün mərasim iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda, hər zaman Şəhid ailələrinə diqqəti, həssas münasibəti ilə seçilən “Monte Karlo”nun rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildiriblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, 29 yaşı mübarək olsun!

Nur içində yatsın!

12:50

***

FOTOLAR:

13:10

***

13:15

***

13:38

***

14:07

***

ANA, ANALAR YANAR, AĞLAR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan böyük mina problemi ilə üzləşib”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Əliyev Barak və Qrabar-Kitaroviçi-QƏBUL ETDİ – FOTOLAR-YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir