Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Xəzər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Aslan Vəliyəddin oğlu Abbasovun Cənnətdəki beşinci doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün-25 dekabr 2024-cü il tarixində, saat 13:00 radələrində Binə qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Binə qəsəbəsində yerləşən “Sevgi Hall” şadlıq sarayında Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib.
Bir daha Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.
Şəhidin ailəsinə-anası Zöhrə Abbasovaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.
Sonda Şəhidin adına ehsan verilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı təşkil edilən məclisdə anası Zöhrə xanım, yaxınları, doğmaları, Lənkərandan, Bakının Xəzər rayonundan, Binə qəsəbəsindən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





