8 oktyabrda Şəhidlik zirvəsinə ucalan 3 bacının tək qardaşı, ali təhsilli, ailəli, əslən Şuşalı-ƏZƏMİ HÜSEYNOVUN ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Əslən Şuşalı olan, özü Mingəçevir şəhərində dünyaya gələn İkinci Vətən Müharibəsi Şəhidlərindən Əzəmi Əli oğlu Hüseynovun bu gün Anım Günüdür.

Onun Şəhidliyindən və torpağa tapşırılmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, 3 bacının tək qardaşı olan Əzəmi Hüseynov 29 avqust 1992-ci ildə dünyaya gəlib.

2014-cü ildə ali təhsilini baş vurduqdan sonra hərbi xidmətə yola düşən Əzəmi Hacıqabul rayonunda yerləşən və Daxili Qoşunlara aid olan hərbi hissədə qulluq edib.

2015-ci ildə hərbi xidmətini, Vətənə borcunu layiqincə yerinə yetirdikdən sonra Əzəmi yenidən həyatını, taleyni Ordu ilə, hərblə bağlayıb.

2016-cı ildə Zaqatala rayonunda yerləşən və Xüsusi Təyinatlı Qüvvələrə aid olan hərbi hissədə hərbçi kimi fəaliyyətə başlayıb.

Orada da 3 illik hərbi xidmətini tibb qardaşı və Baş çavuş kimi, başa vurduqdan sonra başqa bir bölgədə, “N” saylı hərbi hissədə yenə tibb qardaşı və MAXE olaraq, fəaliyyətini davam etdirib.

İkinci Vətən Müharibəsi başlayan andan da cəbhə bölgəsinə yollanıb, cəbhənin Tərtər-Ağdərə istiqamətlərində olub.

Döyüşüb, vuruşub, İgidliklər göstərib və Suqovuşan istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 8-də qəhrəmancasına həlak olub,Şəhidlik zirvəsinə ucalıb.

Və elə həmin gün nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra medallarla təltif olunub.

Əzəmi Hüseynov həm də evli olub, 2018-ci ilin yayında ailə qursa da, övladı olmayıb.

Həyat yoldaşı Minayə xanım hazırda Şəhidin anası Sayad xanımla birlikdə kirayədə yaşayır.

***

Anım Günü ilə bağlı bu gün Əzəmi Hüseynovun məzarı ziyarət olunacaq, sonra anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, qonşuları, şəhər sakinləri, Mingəçevir, Şuşa və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Şuşa şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, hərbçi-döyüşçü yoldaşları və digər şəxslər iştirak edəcəklər.

Ziyarət və anım mərasimi təxminən 5 saat davam edəcək.

Ruhu şad, məkanı cənnətlik olsun!

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Əzəmi Hüseynovun məzarı ziyarət olunub.

Təxminən 1 saata yaxın davam edən ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, şəhər sakinləri, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ziyarətdən sonra Şəhidin anım mərasimi keçirilib.

Təxminən 5 saat davam edən mərasimdə və ehsan süfrəsində 700-ə yaxın insan iştirak edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin 4 övladından biri, 5 medallı, peşəkar hərbçi, Kicik gizir, XTQ-çı-DEVRAN NAİBOVUN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Telli Pənahqızı rektor-TƏYİN OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir