İkinci çağırış MM-in üzvləri haradadır? – NÖVBƏTİ YAZI

Azərbaycanda ikinci çağırış Milli Məclisə  (MM) seçkilər 200o-ci ilin noyabr ayında keçirildi.

Qeyd edək ki, bu seçkilər müstəqil Azərbaycanın tarixində iki sistem üzrə keçirilən ikinci və sonuncu seçkilər oldu.

Belə ki, 2002-ci ildə keçirilən referendumdan sonra ölkədə (2005-ci ildən bu yana-red) seçkilər yalnız bir sistem-majoritar seçki sistemi üzrə keçirilməkdədir.

İkinci çağırışda proporsional seçki sistemi üzrə bu partiyalar 25 yeri bölüşdürdülər:

Hakim Yeni Azərbaycan Partiyası (YAP), Əli Kərimlinin rəhbərlik ediyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və mərhum Ramiz Əhmədovun rəhbəri olduğu Azərbaycan Kommunist Pariyası (AKP)  və Sabir Rüstəmxanlının liderlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP).

Majoritar üzrə seçilənlər arasında həm YAP-dan, həm AXCP-dən, həm AMİP-dən, həm “Müsavat”dan (AMİP və “Müsavat” seçkilərin nəticələrini tanımadıqları üçün parlamentə gedən üzvlərindən imtina etdilər-red), həm Ana Vətən Partiyasından (AVP), həm Sosial Rifah Partiyasından (ASRP), həm Azərbaycan Naminə Alyans Partiyasından (ANAP), həm də  Yurddaş Partiyasından (YP) olanlar var idi.

Bəs görəsən, ikinci çağırış MM-in üzvləri haradadır, nə işlə məşğul olurlar?

Etikxeber.az araşdırmasını təqdim edir:

VASIF-59

Vəsadət_Əzizov

gullll

aynur

 

gultekin-6

Cəmil_Həsənli_(06.08.2014)

asya

kerim_kerimov_03

RABIYYAT-1

vuqar rah

seyyad_65

alimammad

BİRMANDATLI SEÇKİ DAİRƏLƏRİ ÜZRƏ:

Talıbov Vasif Yusif oğlu-Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədridir, Xudiyev Nizami Mənaf oğlu-ADPU-da işlədiyi bildirilir, Axundzadə Anar Seyran oğlu-Səbail rayon İcra Hakimiyyətində şöbə müdiridir, Əlirzayev Əli Qəmbərəlı oğlu-İqtisad Universitetində işləyir, Rəhimzadə Vüqar Gəncəli oğlu-“İki sahil” qəzetinin baş redaktorudur.

Məmmədova Gülçöhrə Nüseyn qızı- Memarlıq və İnşaat Universitetinin rektorudur, Nuriyev Əliməmməd Mali oğlu- Konstitusiya Araşdırmaları Fondunun prezidentidir, QHT-lərə Dövlət Dəstəyi Şurasında çalışır, Əhmədova Gülər Mikayıl qızı-psixoloqluqla məşğul olur, Səfərli Mais İsmayıl oğlu-AMEA-da çalışır, Yurddaş Partiyasının sədridir,  Ağazadə İqbal Feyruz oğlu-işləmir, Ümid Pariyasının sədridir.

Seyidov Səməd İsmayıl oğlu-MM-in komitə sədridir, AŞPA-dakı nümayəndə heyətinin rəhbəridir, Qurbanov Şamil Dünyamalı oğlu -rəhmətə gedib, Təbrizli Sirus Xudadat oğlu-rəhmətə gedib, İbrahimov Nazim Hüseyn oğlu- Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin rəhbəridir, Musayev Alqış Həsən oğlu-işləmir, Yaqubov Zəlimxan Usub oğlu-rəhmətə gedib, Xəlilov Səlahəddin Sədrəddin oğlu-Ali məktəblərdən birində dərs deyir, AMEA-nın müxbir üzvüdür,  Məmmədova Əsmətxanım Bəyəhməd qızı-təqaüddədir, Əliyev Şaitdin Sərdar oğlu-MSK-da çalışır, Məmmədxanov Anar Cəmali oğlu-rəhmətə gedib, İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu-rəhmətə gedib.

 Əsədov Oqtay Sabir oğlu-MM-in 3 çağırışdır sədridir.

meclis-oqtayyyyy

Mirzəyev Həsən İbrahim oğlu-rəhmətə gedib , Musayev Madər Ələsgər oğlu-deputatdır, Novruzov Samur Həsən oğlu-rəhmətə gedib, Abdullayev Vaqif İdris oğlu-hazırda işləmir, bir müddət icra başçısı vəzifəsində işləyib, Allahverdiyev Rafael Xanəli oğlu-rəhmətə gedib, Şahtaxtinskaya Nairə Əliabbas qızı- hazırda işləmir, Timoşenko Vladimir Vasilyeviç- son illər haqqında heç bir məlumat yoxdur, Abbasov Əli Məhəmməd oğlu- AMEA prezidentinin müşaviridir, Fəttayev Mirmahmud Mirəli oğlu-işləmir, KXCP-nin sədridir, Mirzəyev Mikayıl Şahvələd oğlu-rəhmətə gedib, Ağamalıyev Fəzail Rəhim oğlu-millət vəkilidir, AVP-nin sədridir.

Əbdüləzimov Nağı Kərim oğlu-rəhmətə gedib, Əhmədov Nizami Məmməd oğlu-son illər haqqında heç bir məlumat yoxdur, Pənahova Amalya Əliş qızı-rəhmətə gedib, Hacıyev Asəf Hacı oğlu-QDİƏT PA-nın baş katibidir, Qəndilov Bəhruz Seyfəddin oğlu-Ali məktəblərdən biri işləyir, Şərifov Ağakərim Şirəli oğlu- son illərə kimi  “Azərenerji” ASC “Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi” MMC direktor müavini vəzifəsində işləyib.

Rəcəbli Hadi Musa oğlu-Parlamentin komitə sədridir, Mirzəzadə Aydın Böyükkişi oğlu-MM-in komitə sədrinin müavinidir, Sadıqov Fikrət Məmməd oğlu-işləmir, Alovlu Xıdır Binnət oğlu-rəhmətə gedib, Məmmədov Elman Camal oğlu-millət vəkilidir, Vahabzadə Bəxtiyar Mahmud oğlu-rəhmətə gedib, Mahmudov Yaqub Mikayıl oğlu-Tarix İnstitutunun direktorudur, millət vəkilidir.

Əsgərov Şahlar Qaçay oğlu-işləmir, Mehbalıyev Səttar Suliddin oğlu-millət vəkilidir, Əliyev Bəxtiyar Həmzə oğlu- MM-in komitə sədrinin müavinidir,  Sadıqov Bəxtiyar Yusif oğlu-millət vəkilidir, Səfərov Səttar İsmayıl oğlu-rəhmətə gedib.

Cəfərov Nizami Qulu oğlu-millət vəkilidir, Qulamov Hidayət Həmid oğlu- Sabiq AMİP-ci deputat haqqında son illər  heç bir məlumat yoxdur, Həsənov Fəxrəddin Əyyub oğlu-işləmir, Rzayev Tahir Musa oğlu-millət vəkilidir, Quliyev İsgəndər Həsən oğlu-təqaüddədir, Aslanova Rəbiyyət Nurullah qızı-BDU-nun kafedra müdiridir.

zahid-bay-2

GEVHAR-2

Quliyev Novruz Məhəmməd oğlu-nazir müavinidir, Orucov Zahid Məhərrəm oğlu- Sosial  Tədqiqatlar Mərkəzinin rəhbəridir, millət vəkilidir, Baxşəliyeva Gövhər Baxşəli qızı-Şərqşünaslıq İnstitutunun direktorudur, millət vəkilidir,  Kazımlı Xanhüseyn Hüseynağa oğlu-millət vəkilidir, ASRP-nin sədridir, Vəkilov Vaqif Səməd oğlu-rəhmətə gedib, Kərimli Azər Şəmşid oğlu-deputadır, Heydərov Fəttah Səməd oğlu-deputatdır, Xanlarova Zeynəb Yəhya qızı-millət vəkilidir, Baxışov Hüseynağa Eynulla oğlu-haqqında heç bir məlumat yoxdur, Osmanov Hikmət Saleh oğlu-Həmkarlar təşkilatı sistemində çalışıb, Pirmətov Gülmət Məhəmmət oğlu- Bakıda yaşayrır, işləmir, YAP-ın üzvüdür, Ramazanov Hacıməmməd Yusif oğlu-təqaüddədir.

Salahlı Səyyad Adil oğlu- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir, Məmmədov Famil Hüseyn oğlu-haqqında heç bir məlumat yoxdur, Abbasov Mirmövsüm Kamil oğlu- rəhmətə gedib, Həsənquliyev Qüdrət Müzəffər oğlu-millət vəkilidir,  BAXCP-nin sədridir, Kamalov Tapdıq Calal oğlu- işləmir, Təhməzov Elbrus Halay oğlu-işləmir, Cəbiyev Rizvan İsrafil oğlu-işləmir, Quliyev Nizami Yusif oğlu-rəhmətə gedib.

Hacıbəyli Gültəkin Yunis qızı-işləmir, Milli Şuranın üzvüdür, Rzayev Anar Rəsul oğlu-Yazıçılar Birliyinin(AYB) sədridir, Qənbərov Miri Əhəd oğlu-təqaüddədir, Abıyev Əhəd Mikayıl oğlu-İcra başçısı vəzifəsində işləyir, Əzizov Vəsadət Əli oğlu-ATU-da dərs deyir, Rəhimzadə Arif Qafar oğlu-MM-in komitə sədridir, Qəhrəmanov Eldar Əvəz oğlu-Azərbaycan Universitetində dərs deyir, Əliyev Cəlal Əlirza oğlu-rəhmətə gedib,  Qafarov Rəfael İbrahim oğlu-MM Aparatında işləyir, Hüseynov Cahangir Hüseyn oğlu-təqaüddədir, Ağalarov Rifət Nurəddin oğlu-MM-də şöbə müdirinin müavinidir.

Ələsgərov Xalıs Ələs oğlu-haqqında heç bir məlumat yoxdur, İsmayılov İmamverdi İbiş oğlu-millət vəkilidir, Zeynalov Zakir Əlixan oğlu-rəhmətə gedib, Qılıcov İlqar Sayad oğlu-məhkəmə sistemində işləyir, Məmmədov Elton Arzuman oğlu-Texniki Universitetin professorudur, Strateji inkişaf üzrə prorektordur, Muradova Bahar Əvəz qızı-MM-in vitse-spikeridir, YAP İdarə Heyətinin üzvüdür.

Əliyev Yaşar Tofiqi oğlu-işləmir, Hüseyn Şadman Bəhlul oğlu-rəhmətə gedib, Ömərov İsmayıl Abbas oğlu-işləmir, Süleymanov Tahir Süleyman oğlu-millət vəkilidir, Səmədov Oqtay Cilovxan oğlu-məktəb direktorudur, Əliyev Kərəm Qara oğlu-işləmir, Hüseynov Əli Məhəmməd oğlu-MM-in komitə sədridir.

Kazımov Mirkazım Məhəmməd oğlu-millət vəkilidir, Əyyubov Şirzad Şahbaz oğlu-işləmir, Səmədov Abutalıb Qənbər oğlu-işləmir, Qurbanlı Mübariz Qəhrəman oğlu- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir, YAP İcra katibinin müavinidir.

Onu da qeyd edək ki, Azərbaycan Konstitusiyasının 83-cü maddəsində 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilən dəyişikliyə əsasən MM-ə 125 deputat majoritar seçki sistemi əsasında seçildiyinə görə Azərbaycanın inzibati ərazi vahidinin hüdudları daxilində 125 birmandatlı seçki dairəsi (ərazisi) yaradılması haqqında  MSK-nın 21 iyun 2003-cü il tarixli 3/07 saylı qərarına uyğun olaraq seçki dairələrinin yaradılması sxemi dəyişilmiş və ikinci çağırış Milli Məclisin sıradan çıxmış üzvlərinin yerinə 19 oktyabr 2004-cü ildəki əlavə seçkilərdə deputatlar aşağıdakı seçki dairələrindən seçilmişlər:

Quliyev Eldar Allahyar oğlu-MM-in komitə sədrinin müavinidir, Kooperasiya Universitetinin rektorudur, Xanbabayeva Afət Əjdər qızı-dərs deyir, Rzayev Rövşən Şükür oğlu-“Dövlətqaçqınkom”un sədridir.

ÇOXMANDATLI SEÇKİ DAİRƏLƏRİ ÜZRƏ:

SENET-ILHAM

Əliyev İlham Heydər oğlu-Azərbaycan Respublikasının Prezidentidir, 2003-ci ildən deputalıq fəaliyyətinə xitam verilib.

 Əhmədov Əli Cavad oğlu -Baş nazirin müavinidir, YAP-ın icra katibidir, Novruzov Siyavuş Dünyamalı oğlu-MM-in komitə sədridir, Ələsgərov Murtuz Nəcəf oğlu-rəhmətə gedib, Zabelin Mixail Yuryeviç-millət vəkilidir, Manafova Asya Sərdar qızı-işləmir, İbrahimov Eldar Rza oğlu-MM-in komitə sədridir, Qaralov Zahid İbrahim oğlu-rəhmətə gedib, Kərimov Kərim Hacıxan oğlu-YAP-ın Mərkəzi Aparatında işləyir, Əsgərov Ağabəy Məmməd oğlu- “Azərbaycan” nəşriyyatının direktorudur, İmamverdiyev Sudeyif Bəşir oğlu-Ağsaqqallar Şurasının sədr müavinidir.

tahirrr

aydinnn

musa-qdi

malaxatttt-yeni

Həsənova Məlahət İbrahim qızı-MM-in komitə sədrinin müavinidir, Quliyev Musa İsa oğlu-MM-in komitə sədrinin müavinidir, Əsgərov Ziyafət Abbas oğlu-MM-in birinci vitse-spikerdidir, Musayev Musa Həzi oğlu-işlər, Sofiyeva Aynur Məmmədiyyə qızı-Dövlət Komitəsinin sədr müavinidir.

raf-rafa

 Kərimli Əli Əmirhüseyn oğlu-işləmir, AXCP-nin sədridir, Əlibəyli Qulamhüseyn Surxay oğlu-Aydınlar Partiyasının sədridir, BDU-nun professorudur, Mollazadə Asim Nazim oğlu-Demokratik İslahatlar Partiyasının (ADİP) sədridir, millət vəkilidir,  Həsənov Cəmil Poladxan oğlu-işləmir, Milli Şuranın sədridir, Rüstəmxanlı Sabir Xudu oğlu-işləmir, VHP-nin sədridir, İbrahimli Fəzail Feyruz oğlu-BDU-nun professorudur, millət vəkilidir,  Hüseynov Rafael Baba oğlu-MM-in komitə sədridir.

ramiz ahmad

Əhmədov Ramiz Haşım oğlu-rəhmətə gedib, Qurbanov Rauf Müslüm oğlu-AKP-nin sədridir.

Həmçinin, qeyd edək ki, MM-ə 5 noyabr 2000-ci il seçkilərində YAP-ın təqdim etdiyi vahid namizədlər siyahısından çıxmış deputatın yerinə həmin siyahıda adı növbəti gələn Asif İmaməliyev (eks-deputat) MSK-nın 27 oktyabr 2003-cü il tarixli 42/350 saylı qərarı ilə MM-in deputatı kimi təsdiq edildi və ona deputat mandatı verildi.

Növbəti yazımızda 3 çağırış MM-in üzvlərindən bəhs edəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Xanəndə Nuriyyə Hüseynovanın son bir ayda ikinci möhtəşəm konserti – BU DƏFƏ TEYYUB ASLANOVLA BİRGƏ SƏHNƏNİ BÖLÜŞDÜ – FOTOLAR

Read Next

“Buna idmançılarımızın və Azərbaycan idmanının hər şür potensialı var” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir