3-cü çağırış MM-in üzvləri – Biznesdə, vəzifədə, parlamentdə olanı var…

3-cü çağırış Milli Məclisə (MM) seçkilər (2005-2010-cu illər) bir sıra yenilikləri və ilkləri ilə yadda qaldı.

Belə ki, 3-cü çağırış seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq tək seçki sistemi ilə-majoritarla keçirilən seçkilər kimi tarixə düşdü.

Bu seçkilərdə ölkə üzrə 100 deyil, 125 Seçki Dairəsindən millət vəkilləri parlamentə üzv seçildi, təmsilçilik hüququ əldə etdi.

Eyni zamanda, bu çağırışda parlamentin rəhbərliyi demək olar ki, dəyişdirildi-tək Ziyafət Əsgərov istisna olunmaqla.

MM-sədri  vəzifəsinə millət vəkili, həmin vaxta kimi “Azərsu”-nun rəbəri işləyən Oqtay Əsədov seçildi.

Eks-spiker mərhum  Murtuz Ələsgərov isə hakim Yeni Azərbaycan Partiyasını (YAP-ı) MM-də sıravi millət vəkili kimi təmsil etdi.

Z. Əsgərov müavinlikdən birinci vitse-spiker postuna seçildi. O, bu vəzifədə tanınmış və nüfuzlu YAP-çı deputat Arif Rəhimzadəni əvəzlədi. A. Rəhimzadə isə 3-cü dəfə millət vəkili seçilə bilməyən Zahid Qaralovun yerinə MM-in Regional məsələlər komitəsinin sədri seçildi. O zaman mətbuatda gedən məlumatlara görə, bu təyinata ən çox narazılıq edən elə A. Rəhimzadənin özü olub.  A. Rəhimzadə birinci vitse-spikerlikdən getməsini kəskin etirazla qarşılayıb.

Eyni zamanda, Z. Əsgərovun yerinə ikinci dəfə millət vəkili olan-YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü Bahar xanım Muradova seçilidi. O, ilk dəfə olaraq, vitse-spiker vəzifəsinin icrasına başladı.

Bitərəfləri isə parlament rəhbərliyində ARDNŞ-nin (SOCAR-ın) rəhbərliyində təmsil olunmuş və ilk dəfə Samuxdan millət vəkili seçilmiş Valeh Ələsgərov təmsil etdi.

O, bu postda akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, bitərəf millət vəkili  Gövhər xanım Baxşəliyevanı əvəzləyib. G. Baxşəliyeva isə sıravi millət vəkili fəaliyyətini davam etdirməli oldu

Bununla yanaşı, sabiq dövlət katibi, Milli Birlik Hərəkatının (MBH) lideri, professor Lalə Şövkət ilk dəfə deputat seçilməsinə, Yasamal rayonunda eks-prezident Ayaz Mütəllibova qalib gəlməsinə baxmayaraq, seçkilərin nəticələrinə etiraz əlaməti olaraq, mandatından imtina etdi.

Qeyd edək ki, bu, Azərbaycan parlamentinin tarixində ikinci hal idi.

İkinci çağırış MM seçkilərində də 3-cü dəfə deputat seçilən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu öz mandatından imtina etmişdi.

Həmçinin, qeyd edək ki, parlamentdə daha çox hakim YAP-ın, “Müsavat”-ın, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), Ana Vətən Partiyasının (AVP) və  “YES” blokunun (Vahid Əhmədovla  Əli Məsimli) nümayəndələri təmsil olunmuşdular.

Bəs görəsən, 3-cü çağırış MM-in üzvləri indi haradadır, nə işlə məşğul olurlar?

rafos

ul-azay

jalllaaa

Mixail_Zabelin

Xanhüseyn_Kazımlı

lala

isa-habib

vahid-kamil-4

ali-masimli

mammadov ilham

Rabiyyat_Aslanova

musa-teze

zahiddd

gultekinn

HADIIII

fazail_agamali_141015

Etikxeber.az növbəti araşdırmasını təqdim edir:

Talıbov VasifYusif oğlu -Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir, Həbibbəyli İsa Əkbər oğlu-AMEA-nın vitse-prezidenti, MM-in Elm və təhsil komitəsinin sədridir, Möhbalıyev Səttar Suliddin oğlu-AHİK-in prezidentidir, millət vəkilidir, İbrahimov Eldar Rza oğlu-MM-in Aqrar siyasət komitəsinin sədridir, professordur, Novruzov Siyavuş Dünyamalı oğlu-MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədridir, o vaxtlar sıravi millət vəkili idi, Hacıyev İsmayıl Muxtar oğlu-hazırda AMEA-nın Naxçıvan bölməsinin rəhbəridir, Naibov-Əylisli Əkrəm Nəcəf oğlu-təqaüddədir, Səmədbəyli Arzu
Həbib oğlu-heç bir yerdə işləmir, “Müsavat”-ın üzvüdür, Cəbrayılov Rafael Kamil oğlu-millət vəkilidir, Musayev Madər Ələsgər oğlu-millət vəkilidir, Ələsgərov Murtuz Nəcəf oğlu-rəhmətə gedib, Zabelin Mixail Yuryeviç-millət vəkilidir,  Əliyev Rauf Asif oğlu-MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavinidir.

Əliyeva Mehriban Arif qızı- Azərbaycanın ilk Birinci vitse-prezidentidir, Heydər Əliyev Fondunun rəhbəridir, 2017-ci ildən deputatlıq fəaliyyətinə xitam verilib.

forum-mehri-2

Əhmədova Gülər Mikayıl qızı-2012-ci deputatlıq fəaliyyətinə xitam veriilib, hazırda psixoloqluqla məşğul olur, Məhərrəmov Abel
Məmmədəli oğlu-BDU-da işləyir, Həsənli Cəmil Poladxan oğlu-işləmir, Milli Şuranın sədridir, Əhmədov Əli Cavad oğlu-Baş nazirin müavinidir, YAP-in icra katibidir, Əliyev Adil Abış oğlu-millət vəkildir, Quliyev Ülvi Zahid oğlu-MM-in Gənclər və idman komitəsinin sədridir, Mollazadə Asim Nazim oğlu-ADİP-in sədridir, millət vəkilidir, AŞPA-dakı nümayəndə heyətində təmsil olunur,  Səmədzadə Ziyad Əliabbas oğlu-MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir, İqtisadçılar Birliyinin rəhbəridir,  Abdullayev Rövnəq İbrahim oğlu-SOCAR-ın prezidenti, millət vəkildir,  Abdullayev Hüseyin Abbas oğlu-hazırda həbsdədir, 2007-ci ildə deputatlıq fəaliyyətinə xitam verilib, Mustafa Fazil Qəzənfər oğlu-BQP-nin başqanı, millət vəkilidir,  Zeynalov Fərrux Məmmədnəbi oğlu-hazırda təqaüddədir, Quliyev Eldar Allahyar oğlu-MM-in komitə sədrinin müavinidir, Muradov Fuad Rauf oğlu-Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir, Məmmədxanov Anar Camali oğlu-rəhmətə gedib, Vəliyev Əhməd Abdulkərim oğlu-Odlar Yurdu Universitetinin rektorudur.

huseynnnnnn

huseyn-quska

ulvi

ADIL

eli_huseynli_esas_55

SAMAD

ziyadddddd-2

Abıyev Ağacan Qulam oğlu-MM-in komissiya sədridir, Mirələmov Hüseynbala Fazil oğlu-millət vəkilidir, Nəsibli Nəsib Loğman oğlu-hazırda Türkiyə universitetlərindən birində işləyir, professordur,  Ağazadə İqbal Fehruz oğlu-işləmir, Ümid Partiyasının sədridir, Seyidov Səməd İsmayıl oğlu-MM-in komitə sədridir, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəridir, Abbasov Aydın Abbas oğlu-işləmir, hazırda Türkiyədə yaşayır, Hacıyev Asəf Hacı oğlu-QDİƏT PA-nın baş katibidir, Məmmədov Vidadi Yunis oğlu-təqaüddədir, Quliyev Musa İsa oğlu-MM-in komitə sədrinin müavinidir, İsrafilov İkram İsrail oğlu-işləmir, “Müsavat”-ın üzvüdür, Kərimov Məcid Zahid oğlu-hazırda işləmir, İsgəndərov Nizami Zaman oğlu-biznes fəaliyyətini davam etdirir, Tağıyev Baba Əli oğlu-biznes fəaliyyətini davam etdirir, Əsədov Oqtay Sabir oğlu-parlamentin sədridir.

oqtay-asadov

meclis-oqtay-1

bakkusə

Quliyev Azay Əjdər oğlu-QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir, ATƏT PA-nın vitse-prezidentidir, Mirzəzadə Aydın Böyükkişi oğlu-MM-in komitə sədrinin müavinidir, ali məktəblərdən birində dərs deyir, Məmmədov İlham Kazım oğlu-millət vəkilidir, Hüseynov Əli Məhəmməd oğlu-MM-in komitə sədridir, Xanlarova Zeynəb Yəhya qızı-millət vəkilidir, Günəşov Xəlilbəy Günəş oğlu-hazırda Bakıda yaşadığı və bizneslə məşğul olduğu bildirilir, Əhmədov Vahid Qazməmməd oğlu-millət vəkilidir, Abramov Yevda Sasunoviç-MM-in komitə sədrinin müavinidir, Süleymanov Tahir Süleyman oğlu-millət vəkilidir, Abbasova Lalə Gülbaba qızı-işləmir, Xudiyev Nizami Mənaf oğlu-ADPU-da işlədiyi bildirilir, Qəribov Fərhad Həsən oğlu-biznes fəaliyyətini davam etdirir, Hüseynov Rafael Baba oğlu-MM-in komitə sədrdidir, “Nizami” Muzeyinin direktorudur,  Abdullayev Əkrəm Kamal oğlu- deputatlıqdan sonra uzun illər bank sektorunda çalışıb,  hazırda Diasporla İş üzrə Dövlət Komitəsində işləyir, Ağamalı Fəzail Rəhim oğlu-millət vəkilidir, AVP-nin sədridir,  Rəhimzadə Arif Qafar oğlu-MM-in komitə sədrdidir, Əliyev Cəlal Əlirza oğlu-rəhmətə gedib, Hüseyn Pənah Çodar oğlu-işləmir, Xalq Partiyasının (AXP) sədridir, Xəlilov Rüstəm Gülabba oğlu-millət vəkilidir, Əhmədov Gülhüseyn Əliəhməd oğlu-işləmir, Kazımlı Xanhüseyn Hüseynağa oğlu-millət vəkilidir, ASRP-nin sədridir.

aydinnn

aydin-yeni

Həsənov Aydın Xanhüseyn oğlu-rəhmətə gedib, Kazımov Mirkazım Məhəmməd oğlu-millət vəkilidir, İbrahimli Fəzail Feyruz oğlu-millət vəkilidir, VHP-nin üzvüdür, BDU-nun professorudur, Abıyev Əhəd Mikayıl oğlu-icra başçısıdır, Axundova Elmira Hüseyn qızı- “Şöhrət” ordenli Xalq yazıçısıdır, millət vəkilidir, Rüstəmxanlı Sabir Xudu oğlu-işləmir, VHP-nin sədridir,  Quliyev Rüfət Atakişi oğlu-millət vəkilidir, elmlər doktorudur,  Rəcəbli Hadi Musa oğlu-MM-in komitə sədridir, professordur, Paşazadə Cavanşir Hümmət oğlu-millət vəkilidir, Əsgərov Ziyafət Abbas oğlu-Birinci vitse-spiker, MM-in komitə sədridir, Əliyev Vasif İzzət oğlu-hazırda haqqında heç bir məlumat yoxdur, Qənbərov Miri Əhəd oğlu-işləmir, Əkbərli İltizam Nizam oğlu-işləmir, “Müsavat”-ın üzvüdür,  Əhmədov Əhəd Abbas oğlu-biznes fəaliyyətindədir, Məmmədov Səfər Musa oğlu-işləmir, Rzayev Tahir Musa oğlu-millət vəkilidir, Abbasov Aqil Məhəmməd oğlu-millət vəkilidir, Muradova Bahar Əvəz qızı-MM sədrinin müavini, parlamentin komitə sədrdidir.

aqil_abbas_esas

novruz aslan

malaxatttt-yeni

GANİRA-MM

İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu-rəhmətə gedib, Aslanov Novruzəli Davud oğlu-millət vəkilidir, Cavadov Ərəstun Nurəddin oğlu-“SUM”-un direktorudur, Hacıyev Sabir Kamal oğlu-VBP-nin sədridir, millət vəkilidir, Hacıyev Şəmsəddin Hümmət oğlu-millət vəkilidir, Əsədullayev Çingiz Rauf oğlu-“Azəriqazbank”-ın rəhbəridir, Məmmədov Elton Arzuman oğlu-Texniki Universitetin prorektorudur, Əliyeva Jalə Fazil qızı-MM-in Mədəniyyət komitəsinin sədr müavinidir, professordur.

Orucov Zahid Məhərrəm oğlu-millət vəkilidir, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir,Baxşəliyeva Gövhər Baxşəli qızı-millət vəkilidir, Quliyeva Aynur Camal qızı- “Publika.Az”-ın rəhbəridir, Hacıbəyli Gültəkin Yunis qızı-işləmir, Milli Şuranın üzvüdür, Həsənquliyev Qüdrət Müzəffər oğlu-millət vəkilidir, BAXCP-nin sədridir,  Əmiraslanov Azər Kamal oğlu-Prezident Administrasiyasının şöbə müdiridir, İbrahimqızı Məlahət İbrahim qızı-MM-in komitə sədrinin müavinidir, YAP-ın Nəsimi rayon təşkilatının sədridir, Qurbanlı Mübariz Qəhrəman oğlu -Dövlət Komitəsinin sədridir, YAP icra katibinin müavinidir, Rzayev Rövşən Şükür oğlu-“Dövlətqaçqınkom”-un sədridir, Ələsgərov Valeh Feyruz oğlu-vitse-spikerdir, Məmmədhəsənov Rafiq Musa oğlu-millət vəkilidir, Məmmədov Nazim Hüseyn oğlu-bizneslə məşğul olur, Paşayeva Qənirə Ələsgər qızı-millət vəkilidir, QHT rəhbəridir,  İsmayılov İlyas Abbas oğlu-işləmir, Ədalət Partiyasının sədridir, Vəkilov Vaqif Səməd oğlu-rəhmətə gedib.

fuad

elmira-2

Cəfərov Nizami Qulu oğlu-millət vəkilidir, Aslanova Rəbiyyət Nurullah qızı-BDU-nun  kafedra müdiridir, Atayev Hikmət İsmayıl oğlu-2013-cü ildə rəhmətə gedib, Xəlilov Dünyamin Zakir oğlu-həbsdədir, Kərimli Azər Şəmşid oğlu-millət vəkilidir, Məsimli Əli Əhməd oğlu-millət vəkilidir, Mahmudov Yaqub Mikayıl oğlu-millət vəkilidir, Şükürov Məjlum Şükür oğlu-haqqında məlumat yoxdur, parlamendə Şəkini təmsil edib, Heydərov Fəttah Səməd oğlu-millət vəkilidir.

Qurbanov Eyvaz Daşdəmir oğlu-Oğuzun icra başçısıdır, Əliyev Bəxtiyar Həmzə oğlu-MM-in komitə sədrinin müavinidir, BDU-nun kafedra müdiridir, Sadıqov Bəxtiyar Yusif oğlu-millət vəkilidir, Şahverdiyev Astan Nuşrəvan oğlu-2018-ci ildə rəhmətə gedib, Hətəmov Sevindik Hacağa oğlu-icra başçısıdır, Məmmədova Havva İsa qızı-İdarəçilik Akademiyasında dərs deyir, Qurbanov Cavid Qənbər oğlu-“Dövlət Dəmir Yolları” ASC-nin rəhbəridir, millət vəkilidir, Məmmədov Elman Camal oğlu-millət vəkilidir, İsmayılov İmamverdi İbiş oğlu-deputatdır.

Növbəti yazımızda 4-cü çağırış MM və onun üzvlərindən bəhs edəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Uzanan münaqişələr ölkələrin davamlı inkişafı yolunda maneədir” – ELŞAD HƏSƏNOV – FOTO

Read Next

Psixoloji yardımla bağlı bir necə qanuna – DƏYİŞİKLİK EDİLİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir