MM-də büdcə müzakirələri: Tahir Mirkişili “Büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək”-dedi, Maliyyə naziri “inamlı inkişaf templəri”ndən, İQTİSADİYYAT NAZİRİ “YENİ İQTİSADİ DÖVRƏ QƏDƏM QOYULMASI”NDAN, ELMAN RÜSTƏMOV “ƏRZAQ İNFLYASİYASI”NDAN DANIŞDI – YENİLƏNİB – (4)

Bu gündən, 16 noyabr tarixindən Milli Məclisdə (MM) 3 günlük büdcə müzakirələri başlayır.

Etikxeber.az xəbər verir ki, 3 gün dalbadal keçiriləcək plenar iclaslarda 2022-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılacaq.

İclaslarda millət vəkilləri ilə yanaşı Baş nazir Əli Əsədov da daxil olmaqla, hökumət üzvləri, iqtisadi sferanın rəhbər şəxsləri iştirak edəcəklər.

İclaslarda Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digərləri məruzə edəcəklər.

Sonra büdcə zərfi ətrafında müzakirələrə başlanılacaq.

Qeyd edək ki, MM-in 2021-ci il noyabrın 16, 17 və 18-də keçiriləcək iclaslarının gündəliyinə təklif olunan məsələləri isə bunlardır:

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).5. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş).8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  11. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

 13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  16. Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  17. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  19. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  20. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  

21. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  22. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  23. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında. 

24. Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında.

 Qeyd edək ki, 2022-ci ilin büdcə layihəsinə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 26 816 000,0 min manat, xərclərinin 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərinin 25 874 497,0 min manat, yerli gəlirlərinin 941 503,0 min manat, mərkəzləşdirilmiş xərclərinin 28 900 041,0 min manat, yerli xərclərinin 978 959,0 min manat) məbləğində təsdiq edilməsi təklif olunur.

İclaslara spiker Sahibə Qafarova sədrlik edəcək.

07:46

***

MM-in iclası öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

11:00

***

“2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq. Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır”.

Bunu spiker S. Qafarova deyib.

S. Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunan məsələlərdən 22-si büdcə zərfinə daxildir. Büdcə zərfinə daxil olan məsələlər ölkənin iqtisadi vəziyyətini özündə ehtiva edir.

O, həmçinin deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb.

Spikerin qısa giriş çıxışından sonra 2022-ci ilin büdcə zərfi ilə bağlı MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məruzə edib.

O, qeyd edib ki, gələn il üçün ÜDM-də artım 3,9 faizə, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 faizə, bir barel xam neftin satış qiyməti isə 50 ABŞ dollarına bərabər götürülüb.

Çıxışında “Milli Məclisin sədrinin tapşırığı ilə komitədə büdcə müzakirələrinə ilk dəfə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri dəvət edilib”-deyən komitə sədri bildirib ki, qısa müddət ərzində Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq Hava Limanının açılışı qurucu niyyətimizin bütün dünyaya göstərilməsi oldu:

“Dünya iqtisadiyyatı tənəzzüldən çıxaraq bərpa dövrünə keçid edib. Bununla belə, yeni infeksiya dalğalarının mövcudluğu, peyvəndə əlçatanlığın bərabər olmaması, yüksələn borc və inflyasiya dərəcələri iqtisadi inkişafın qarşısında əsas təhlükə kimi qalmaqdadır. Azərbaycanda peyvənd olunanların sayı dünən 44%-i keçib. Bu ilin 10 ayının göstəricilərinə əsasən, neftin 1 barelinin orta aylıq qiyməti 68 dollar təşkil edib”.

T. Mirkişili sonra bildirib ki, komitədə aparılan geniş müzakirələr zamanı 5 sualın cavabını tapmağa çalışıblar:

“26,8 milyard manat gəlir və 29 milyarddan çox xərc ilə 2022-ci il dövlət büdcəsinin qarşıda duran hədəflərə nail olmağa qadir olduğunu deyə bilərik. Büdcədə orta aylıq əməkhaqqı, o cümlədən neftin qiyməti ilə bağlı proqnozların real proqnozlar olduğunu düşünürük. Gələn il əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamını təmin etmək üçün büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək. Digər tərəfdən, cari ildə inflyasiyanın sürətlənməsini müşahidə edirik. Bunun qarşısını almaq üçün bu istiqamətdə müəyyən edilən pul-kredit sistemində konturları doğru hesab edirik”.

11:18

***

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda inamlı inkişaf templəri özünü nümayiş etdirməkdədir.

Bu isə 2022-ci il üçün müsbət perspektivlər vəd edir.

“Mənfur düşmənin darmadağın etdiyi ərazilərimizə yeni nəfəs verilir, yeni avtomobil yolları, dəmiryolları çəkilir, mədəniyyət abidələri bərpa edilir”-deyən nazir bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafına dair ölkə Prezidentinin müəyyən etdiyi 5 milli inkişaf prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsidir:

“Növbəti ilin dövlət və icmal büdcələrinin gəlir və xərcləri müəyyənləşdirilərkən cari ilin təsdiq edilmiş büdcənin icra vəziyyətinə də baxılıb”.

11:28

***

“Hazırda Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur”.


Bunu da çıxışında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur:

“Bununla bağlı 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.

12:08

***

Çıxışında “Növbəti il üçün olan proqnozlar tam şəkildə makroiqtisadi sabitlik sistemində qurulub”-deyən Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmova görə,
postmüharibə və postpandemiya dövründə böyük maliyyə çağırışlar büdcə xərclərinin artmasını tələb edir:

“Burada əsas strateji çağırış iqtisadiyyatın neftdən asılılığını azalmasını şərtləndirir. Yaxın gələcəkdə bütövlükdə makroiqtisadi sistemin qəbul ediləcək yeni strategiyaya uyğunlaşdırılması gözlənilir”.

O, eyni zamanda bildirib ki, ölkədə ərzaq inflyasiyası uzun müddət davam edə bilər.

“Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir”-deyən MB sədri bildirib ki, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var:

“Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ölkədə orta ayıq əməkhaqqının 807 manata çatması gözlənilir”-MİKAYIL CABBAROV

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir