3 il 12 günün Əsgəri…Birinci Qarabağ Savaşının iştirakçısı, atəşkəs dövrünün Şəhidi-CƏSARƏT SİRAC OĞLU MƏMMƏDOV – ŞƏHİD AİLƏSİNİN HAQQI NİYƏ TANINMIR? – FOTOLAR

Cəsarət Sirac oğlu Məmmədov…

Birinci Qarabağ Savaşının iştirakçısı və atəşkəs dövrünün Şəhidi…

Cəsarət 1975-ci ilin sentyabr ayının 25-də Ucarın Məlikballı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Ailədə 4 qardaş, bir bacı olublar…

Orta məktəbi bitirdikdən sonra, 1993-cü ilin oktyabr ayının 6-da Əsgərliyə, hərbi xidmətə çağırılıb və Birinci Qarabağ Savaşında, döyüşlərdə iştirak edib…

Əsgərliyi, hərbi xidməti 3 il 12 gün çəkib və 1996-cı ilin oktyabr ayının 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində (atəşkəsin pozulıması nəticəsində) qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Və nəşi iki gün sonra Məlikballıya gətirilərək, oktyabr ayının 20-də kənd qəbiristanlığında torpağa tapşırılıb…

21 yaşında Şəhidlik məqamına ucalan Cəsarət həm də subay olub.

***

Bugünlərdə isə Şəhidin anası Zöhrə xanım Məmmədova ilə tanış oldum…

Belə ki, əslən Məlikballıdan olmuş və Bakıda yaşamış İkinci Vətən Müharibəsi Şəhidi Orxan İsmayılovun ata ocağında Səbailli Şəhid ailələrinin görüşündə Zöhrə xanım da iştirak edirdi…

Fürsətdən istifadə edib, onunla da söhbətləşdim…

Zöhrə xanım təəssüf hissi ilə bildirdi ki, övladının Şəhidliyindən 25 il keçşə də, onlarla maraqlanan, hal-əhval tutan olmayıb, Şəhidi haqqında heç nə yazılmayıb, pozulmayıb…

Həmçinin bildirdi ki, Birinci Qarabağ Savaşı Şəhidlərinin ailələrindən bir çoxu evlə, mənzilə təmin olunsalar da, ötən illər ərzində onlar bu məsələdən də kənarda qalıblar…

Dəfələrlə aidiyyatı qurumlara, o cümlədən, Ucar rayon İcra Hakimiyyətinə müraciət etsələr də, müraciətlərinə biganə, laqeyd yanaşılıb, mənfi cavab verib…

Şəhid anası isə bu cür ayrı-seçkiliyi düzgün hesab etmir, övladının, Şəhidinin Haqqının tanımasını istəyir…

Zöhrə xanım onu da qeyd etdi ki, Şəhidinin adını daşıyan nəvəsi, digər oğlunun övladı-12 yaşlı Cəsarət anadangəlmə xəstədir…

Ancaq ötən müddət ərzində bu məsələdə də ailəyə kömək əli uzadılmayıb, dəstək göstərilməyib…

Təəssüfedici və utancverici bir vəziyyətdir…

Şəhid ailəsinə, Şəhid anasına bu cür münasibət bütün hallarda yolverilməz və qəbuledilməzdir…

Və nə qədər gec olsa da, Şəhidin ailəsinin Haqqı tanınmalı, dövlətin Şəhid ailələrinə imtiyazlarından onlar da yararlanmalıdır, onlar üçün də bu imkan yaradılmalıdır…

Və bütün aidiyyatı qurumlar, o cümlədən, Ucar rayon İcra Hakimiyyəti üzərinə düşən vəzifəni, görəvi axıracan yerinə yetirməli, çiyinlərini kənara çəkməməlidir.

Hər halda ümidliyik ki, belə də olacaq və Şəhid ailəsinin nəhayət, Haqqı tanınacaq!

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1310 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Read Next

Ərdoğan Əliyevi-TƏBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir