3 il öncə Ağbənddə Şəhidlik məqamına ucalan-CEYHUN EHTİQAD OĞLU NƏHMƏTOV…

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ceyhun Ehtiqad oğlu Nəhmətovun Anım Günüdür.

Ceyhun Nəhmətovun Şəhidlik məqamına ucalmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Ceyhun Ehtiqad oğlu sentyabr 1994-cü ildə Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində, sadə bir ailədə anadan olub.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ceyhun evin böyük övladı-oğlu olub.

O, 2001- 2012 ci illərdə Mərdəkan qəsəbəsində yerləşən 123 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunub və 2016-cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirib.

Elə həmin ildə də Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində fəaliyyətə başlayıb.

2018-ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq, orada Zastava rəisi vəzifəsində işini davam etdirib.

2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə göndərilərək, orada xidmətini davam etdirib.

2020-ci ilin sentyabr ayının 27-dən, İkinci Vətən Müharibəsi başlanan gündən isə Xüsusi Təyinatlı (XTQ) olaraq döyüşlərə atılıb.

Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın dəhlizi, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib.

Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşə davam edib.

8 noyabr 2020-ci ildə, İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, 26 yaşının tamanından düz iki ay sonra Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Və nəşi Bakı şəhərində-İkinci Fəxri Xiyabanda (İkinci Şəhidlər Xiyabanında) dəfn edilib.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”  “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ceyhun həm də nişanlı olub.

Həmçinin, 1 yanvar 2016-cı il tarixində anası vaxtsız şəkildə dünyasını dəyişib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevdən 8 Noyabr-Zəfər Günü münasibətilə-PAYLAŞIM

Read Next

Azərbaycan Zəfər Gününü-QEYD EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir