3 ildir Onsuz qeyd edilən doğum günü: ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA VƏ KİRAYƏLƏRDƏ BÖYÜDÜLƏN EVİN TƏK OĞLU-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Bərdənin (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən, evin tək oğlu, 3 medallı-MAXE Fəxri Qəribzadənin ad gündür.

Fəxri Qəribzadənin bu gün 29 yaşı tamam olur və bu, Onun Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Fəxri Qəribzadə 1994-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub.

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub.

Hərbi xidmətini-Əsgərliyini Fəxri fərmanla başa vurub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb.

MAXE kimi xidmətini davam etdirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk anından da döyüşlərə atılıb.

Sentiyabrın 27-dən Murovdağın, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşüb, vuruşub, İgidliklər, Qəhrəmanlıqlar göstərib və oktyabrın 10-da Ağdərə döyüşləri zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları təltif edilib.

Fəxrigil ailədə iki uşaq-bir qardaş, bir bacı olublar.

Bacısı Türkanə xanım ailəlidir, 4 övlad anasıdır.

Eyni zamanda, Şəhidin ad və soyadını daşıyan Fəxri Qəribzadə adlı bacısı oğlu var.

***

Cənnətdəki üçüncü doğum günü ilə bir gün öncə, dünən-9 yanvar tarixində Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası Mehparə xanım, ailə üzvləri, Bərdəli, Tərtərli Şəhid ailələri, hərbçilər, məktəblilər və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Bu gün, 10 yanvarda isə Bakı şəhərində yerləşən Heydər məscidində Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar edilib.

Çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizə verdiyi töhfələrdən bəhs olunub.

Anasına, ailə üzvlərinə Allahdan səbr arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Şəhidin anası Mehparə xanım da öz növbəsində belə bir gündə onu tək, yalnız buraxmadıqları üçün mərasim iştirakçılarına minnətdarlığını ifadə edib, bir daha övladı, Fəxri Qəribzadənin anası olması ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.

Eyni zamanda, dini mahnılar, İlahilər səsləndirilib, tanınmış bəstəkar, hər zaman Şəhid ailələrinin yanında olan Ruslan Səfəroğlu tərəfindən Şəhidə, Şəhidlərə həsr olunmuş mahnı ifa edilib.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, Bərdədən, Bakıdan, Zaqataladan, Sumqayıtdan, Goranboydan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Bununla yanaşı, Şəhidin anasının arzusu və istəyi ilə tədbirdə 20-yə yaxın fiziki qüsurlu uşaq, əlil iştirak edib.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

11:57

***

FOTOLAR:

19:57

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 69 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Avqustun 26-da Laçın şəhərinə girdik və o unudulmaz hissləri bir daha yaşadım…”-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir