3 medallı, ailənin 4 övladından biri, cəmi 5 ayın Əsgəri və cəmi 18 yaşında canını Vətən yolunda fəda edən-BİNƏLİ ŞƏHİD HƏSƏNAĞA ŞİRVANİ…-FOTOLAR

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin Qəhrəmanlıq Dastanı yazan İgidlərindən biri də Həsənağa Bəhruz oğlu Şirvanidir…

Bakının Xəzər rayonunun Binə qəsəbəsinin Nur üzlü Şəhidlərindən, Vətən sevdalılarından olan və cəmi 18 yaşında Vətən yolunda canını fəda edən Qəhrəman Həsənağa…

Bu gün bir neçə İkinci Vətən Müharibəsi Şəhidi kimi Həsənağa Şirvaninin də Əbədiyyətə uğurlanmasının, torpağa tapşırılmasının ikinci ildönümü, Anım Günüdür…

Onun Şəhidliyindən düz iki il keçir…

Şəhidliyinin və Əbədiyyətə uğurlanmasının ikinci ili, Anım Günü ilə bağlı bu gün axşam saatlarına yaxın Həsənağa Şirvaninin Binə qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub…

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub…

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, ehsan süfrəsi açılıb…

Bir daha ruhuna dualar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb…

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Bakıdan, Binə qəsəbəsindən, Bərdə rayonundan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər…

Qeyd edək ki, Həsənağa Şirvani 2002-ci ilin aprel ayının 23-də Binə qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri və sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən az sonra, 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə yollanıb…

Və İkinci Vətən Müharibəsində cəmi 5 ayın Əsgəri kimi iştirak edib…

Və müharibənin 4-cü günündə, sentyabrın 30-da Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Və nəşi bir gün sonra, oktyabrın 1-də Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

Həsənağa həm də subay olub…

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində uyusun!

Allah ailəsinə bir daha səbr və dözüm versin!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, bir övladı Vətənə əmanət qalmış, peşəkar hərbçi, “Azərbaycan Bayarağı” ordenli Ramiq Mikayılovun-ŞƏHİDLİYİNİN İKİNCİ İLİ BAĞLI “AZƏRKİTAB”-DA TƏDBİR DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Read Next

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir