3 medallı, ailənin tək və subay oğlu-ŞƏHİD BƏXTİYAR ASLANOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ: MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ 23 YAŞININ TAMAMI İLƏ BAĞLI MƏRASİM – FOTOLAR – YENİLƏNİB – (4)

Naftalanlı (Şuşalı) İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və subay oğlu, 23 yaşlı, 3 medallı Bəxtiyar Aslanovun Cənnətdəki ilk ad günü ilə bağlı bu gün səhər saatlarında Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, bir saatdan çox davam edən ziyarətdə Şəhidin anası Tünzalə xanım və tək bacısı, qohumları, Naftalan və Qızılhacılı sakinləri, Naftalandan, Goranboydan, Şuşadan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, müəllimlər və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Həmçinin, məktəblilər tərəfindən Vətənə, Şəhidlər həsr olunmuş şeirlər səsləndirilib.

Ziyarətdə NaftalanŞuşa şəhər icra hakimiyyətlərinin məsul şəxsləri də iştirak ediblər.

Ziyarətdən sonra Naftalanda yerləşən “Ay-Ulduz” şadlıq sarayında Şəhidin Cənnətdəki ad günü ilə mərasim başlayıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Eyni zamanda, Bəxtiyar Aslanovun anasına, yaxınlarına bir daha başsağlığı verilib, onlara Allahdan səbr arzulanıb, Şəhidin Cənnətdəki ad günü təbrik edilib.

Mərasimdə çıxışlar edilib, Şəhidin və Şəhidlərin İkinci Vətən Müharibəsindəki, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən, İgidlik və Qəhrəmanlıqlarından bəhs olunub.

Mərasim davam edir.

11:50

***

FOTOLAR:

QIZILHACILI QƏBİRİSTANLIĞI, ŞƏHİDLƏR XİYABANI…ŞƏHİDİN VƏ ŞƏHİDLƏRİN MƏZARININ ZİYARƏTİ…

ŞƏHİD ATALARI VƏ QAZİLƏRİMİZ…

***

ŞƏHİD ANALARI…ŞƏHİD ANALAR…QƏHRƏMAN ANALAR…

***

12:08

***

VƏ ŞƏHİDİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLKƏ BAĞLI MƏRASİM…

12:28

***

MÖHTƏŞƏM DÖVLƏT HİMNİNİN OXUNMASI VƏ SƏSLƏNDİRİLMƏSİ…ŞƏHİDLƏRİN RUHUNUN BİR DƏQİQƏLİK SÜKUTLA ANILMASI…

12:39

***

13:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Toylarda 150 nəfərlik limitin artırılması nəzərdə tutulmur-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB

Read Next

Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, 3 medallı Şəhid Ramal Məmmədovun-QARŞIDAN GƏLƏN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir