“Biz qocalmadıq, biz ucaldıq…Şəhidlərimiz, övladlarımız bizi ucaltdı…”-3 medallı Səhid Sübhan Abdurəhmanlının anası-MEHRİBAN ABDURƏHMANOVA – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün, 7 oktyabr tarixi İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sübhan Abdurəhmanlının torpağa tapşırıldığı gün, Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından bir il keçir.

Anım Günü ilə bağlı bu gün Bakının Xətai rayonunun “NZS” qəsəbəsində yerləşən 165 saylı məktəbdə Xatirə lövhəsinin açılışı olacaq, açılışdan sonra “Karnaval” restoranında anım mərasimi keçiriləcək.

Şəhidin Xatirə lövhəsinin açılışı saat 10:00-da olacaq və təxminən bir saat davam edəcək, saat 11-12 radələrindən isə “Karnaval” restoranında anım mərasimi başlayacaq.

Etikxeber.az xəbər verir ki, evin-ailənin 3 övladından biri olan Sübhan Abdurəhmanlı 1992-ci ilin 18 oktyabrında anadan olub.

1999-cu ildə Bakının Xətai rayonunun “NZS” qəsəbəsində yerləşən 165 saylı tam orta məktəbə-birinci sinifə gedən Sübhan 2010-cu ildə məktəbi bitirərək, bir müddət sonra Vətənə xidmət borcunu yerinə yetirmək üçün Əsgərliyə gedib və hərbi xidmətini başa çatdıraraq, evinə, ailəsinə dönüb

O, sonradan həyatını Ordu ilə, hərblə bağlayıb.

Peşəkar hərbçi-Gizir olub.

İkinci Qarabağ Savaşının ilk saniyəsindən döyüşlərə, müharibəyə atılıb, ən qaynar bölgələrdə vuruşub.

 Füzuli istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 2-də öz dostunu-döyüş yoldaşını neytral ərazidən çıxararkən snayperlə vurulub və Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini 4 gün neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub və oktyabrın 7-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, 5 Şəhidin-Əbülhəsən Eyvazov, Təbriz Musazadə, Rövşən Rüstəmov, Fərrux Abbasov və Sübhan Abdurəhmanlının xatirə lövhəsinin açılışında və anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bakı və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək, ruhuna dualar oxunacaq.

Anım mərasimində də çıxışlar ediləcək, adına ehsan veriləcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

00:00

***

Saat 10:00…

5 Şəhidin, o cümlədən Sübhan Abdurəhmanlının Xatirə lövhəsinin açılışında iştirak etmək üçün insanlar-Şəhid ailələri, Qazilər, hərbçilər, NZS qəsəbə sakinləri və digər şəxslər axın-axın 165 saylı məktəbin həyətinə gəlirlər, toplaşırlar…

İnsan selindən məktəbin həyətində böyük izdiham yaranır…

Bu gün Anım mərasimi olan Şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım məktəbin həyətində jurnalistlərin ona ünvanlanan bütün suallarını səbr və təmkinlə cavablandırır…

Övladının döyüş, hərb yolunun həm çətin, həm də şərəfli olduğunu bildirir…

Bütün Şəhidlərin, o cümlədən övladı, peşəkar hərbçi-Sübhan Abdurəhmanlının Qələbə və Zəfərimizdə önəmli rol oynadığını vurğulayır…

Bütün Şəhidlərlə, həmçinin, övladı Sübhan Abdurəhmanlı ilə Fəxr etdiyini, Qürur duyduğunu söyləyir…

“Qəhrəman, İgid Şəhidlərimizin Şəhidliyindən bir il keçir…Bu bir il Şəhid ailələri, Şəhid anaları üçün heç də asan olmadı…Baxın, bütün Şəhid analarının, Şəhid valideynlərinin saçları ağarıb….Amma biz qocalmadıq, biz Ucaldıq…Şəhidlərimiz, övladlarımız həm özlərini, həm də bizləri Ucaltdılar…Həm özlərini, həm də bizlləri bütün Azərbaycana tanıtdılar…Ruhları qarşısında baş əyirəm…”-deyə, o, sözlərinə əlavə edir…

Saat 11:00-da isə 5 Şəhidin, o cümlədən Sübhan Abdurəhmalının Xatirə lövhəsinin açılış mərasimi başlayır…

Mərasimə Şəhidlərin xatirəsinin ruhunun bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin oxunması ilə start verilir…

Mərasimdə Bakıdan, Bərdədən, Kürdəmirdən, Mingəçevirdən, Xaçmazdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları işitak edirlər…

Xətai rayon İcra Hakimiyyətin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, sabiq mnillət vəkili Vüqar Rəhimzadə və digər məsul şəxslər də mərasimə qatılanlar arasındadırlar…

Mərasimdə 5 Şəhidin ailə üzvlərinə çıxış üçün söz verilir…

Onlar Şəhidlərlə, övladları ilə Fəxr etdiyini, belə tədbirlərlə, belə mərasimlərlə Şəhidlərin ruhlarının şad edildiyini, onlara mənəvi dəstək olduğunu bildirirlər…

Eyni zamanda, sabiq Ombudsman Elmira Süleymanova, icra başçısı Rafiq Quliyev, sabiq millət vəkili Vüqar Rəhimzadə çıxış edirlər…

Onlar Şəhidlərin ailələrinə Allahdan səbr diləyirlər, bütün Şəhidlərin daim ehtiramla yad olunduğunu, unudulmadığını, Şəhid ailələrinin hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatələndiyini bildirirlər…

Həmçinin, Şəhidlərin hər birinin müqəddəs Qələbə və Zəfərimizdə rolu, onların hər birinin örnək olduğunu vurğulayırlar…

Sonra Xatirə lövhəsinin açılışı olur və 5 Şəhidin hər birinin adına çinar ağacları əkilir…

2 saata yaxın davam edən açılış mərasimindən sonra “Karnaval” restoranında Sühhan Abdurəhmanlının anım mərasimi başlayır, adına ehsan verilir…

13:10

***

FOTOLAR:

ŞƏHİD ANALARI…ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR…QƏHRƏMAN AİLƏLƏR…

İGİDLƏRİMİZ, DASTAN YAZANLARIMIZ…

XATİRƏ LÖVHƏSİNİN AÇILIŞ MƏRASİMİ…ÇIXIŞLAR…

14:01

Anım mərasimi və ehsan süfrəsi 4 saata yaxın davam edib.

Anım mərasimində də çıxışlar edilib, dini mahnılar səsləndirilib, Şəhidin, cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1013 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

“Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağa davam edir…”-SAHİBƏ QAFAROVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir