“3 min Şəhidimiz Qarabağı, Şuşanı görməyə-görməyə, tanımaya-tanımaya həmin torpaqları, işğal altındakı ərazilərimizi azad etdi…”-XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEV

Tam səmimi şəkildə deyirəm ki, 3 min Şəhidin heç biri Qarabağı tanımırdı.

Etikxeber.az xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev akademik Ziyad Səmədzadənin müəllifi olduğu “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyinin təqdimatında dilə gətirib.

O, bildirib ki, tatixi Qələbəyə görə Şəhidlərə, o cümlədən, 3 min İkinci Vətən Müharibəsi Şəhidinə borcluyuq.

“Biz 32 illik qanlı Qarabağ münaqişəsini böyük Qələbə ilə başa vurduq. İkinci Vətən Müharibəsində 3 min Şəhid verdik və Qələbimizə görə Ali Baş Komandan başda olmaqla Şəhidlərimizə borcluyuq. Tam şəkildə deyirəm ki, 3 min Şəhidin heç biri müharibədən öncə Qarabağı, Şuşanı, Ağdamı, Füzulini və digər işğaldan azad edilmiş yurd yerlərimizi tanımırdı. Çünki onların cəmi 18, 19, 20, 21 yaşı varıydı. Onların arasında 60 yaşlı insan yoxuydu. Amma onlar elə yetişdirildilər, elə tərbiyə edildilər ki, Qarabağı, Şuşanı görməyə-görməyə, tanımaya-tanımaya həmin torpaqları, işğal altındakı ərazilərimizi azad etdilər. Onları məhz belə əsərlər yetişdirdi, tərbiyə etdi. Onları valideynləri ilə bərabər məhz ziyalılar, elm xadimləri, müəllimlər yetişdirdi, tərbiyə etdi, Qələbəyə hazırlaşdırdı. Onlar bizə böyük Qələbə qazandırdılar, böyük Zəfər bəxş etdilər. Hər birinə minnətdarıq və borcluyuq. Bu Qələbə həm də Ulu Öndər Heydər Əliyevin qələbəsidir.

Çünki 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, Allah bilir başımıza daha nələr gələcəkdi. 1993-cü ildə yenidən hakimiyyətə gəldi və Azərbaycanı bəlalardan qurtardı, Qələbəmizin əsasını, təminatını yaratdı. 1988-93 cü illərdə, cəmi 5 ildə 7 rəhbər dəyişdi. Bunu dilə gətirəndə də bəzi azərbaycanlılar soruşur ki, həmin 7 nəfər kimdir, bunu haradan deyirsiniz… Bunu məhz bəzi azərbaycanlılar deyir, soruşur…Mən də bir-bir adlarını çəkirəm ki, bəli, cəmi 5 ildə 7 rəhbər dəyişdi və Heydər Əliyevin yenidən hakimiyyətə gəlişilə böyük bəlalardan xilas olduq. Odur ki, tarixi Qələbəmiz həm də Heydər Əliyevin qələbəsidir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əsl alim, əsl yazıçı, əsl şair təvazökar olmaz…”-deyən Xalq yazıçısı Çingiz Abdullayev bu fikirləri-AKADEMİK ZİYAD ZƏMƏDZADƏNİN “AZƏRBAYCAN İQTİSADİYYATI 100 İLDƏ” 5 CİLDLİYİNİN TƏQDİMATINDA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyev İTV-yə maliyyə-YARDIMI AYIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir