“3 min Şəhidin adının əbədiləşdirilməsi bizə çox maliyyə yükü gətirməz”-FƏZAİL AĞAMALI

Ali Baş Komandan İlham Əliyevin adı əbədiləşdirilməlidir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

F. Ağamalı bununla bağlı Milli Məclis xüsusi qərar qəbul etməsini təklif edib:

“Bu, bütün Azərbaycan xalqının istəyidir. Görüşlərdə də əhali Ali Baş Komandana ad verilməsi məsələsini qaldırır”.

O, qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi ilə bağlı dövlət səviyyəsində addımlar atılır:

“Amma bununla bağlı Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməlidir. Bununla bərabər rəsmi orqanlarımız da , dövlətimiz də şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı addımlar atmalıdır. Birinci Qarabağ müharibəsi şəhidlərinin demək olar ki, hamısının adı əbədiləşib. İndi bizə daha böyük qürur hissi verən şəhidlərimizin hamısının adı əbədiləşdirilməli, medalın çox və ya az olmasına baxılmamalıdır. Onların büstü qoyulmalıdır. Biz onlar qarşısında tarixi, mənəvi borcumuzu yerinə yetirməliyik. 3000 şəhidin adının əbədiləşdirilməsi bizə çox maliyyə yükü gətirməz”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Küçə və məktəblərə Şəhidlərimizin adları verilməlidir…Orden-medal məsələsi kənara qoyulmalıdır”-ƏLİ MƏSİMLİDƏN ÇOX ÖNƏMLİ TƏKLİF

Read Next

“Biz hələ onların ehtiyaclarını tam təmin edə bilməmişik…”-VAHİD ƏHMƏDOV VACİB BİR MƏSƏLƏNİ GÜNDƏMƏ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir