3 oktyabrdan – Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən – 26 İL KEÇİR

3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Müasir müstəqil Azərbaycanın inkişafı həmin gündən başlayır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, H. Əliyev hakimiyyətə qayıtddıqdan sonra məhz ölkədə başa alıb gedən hərc mərcliyin, silahlı qarşıdurmaların, iqtisadi-siyasi böhranın qarşısı alındı, törpaqlarımızın işğalının davam etməsinə son qoyuldu. Eləcə də, aclıq, səfalət aradan qaldırıldı və nailiyyətlərin təməli qoyuldu.

Millət vəkilinin sözlərinə görə, H.Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı.

“İlk növbədə qeyd etməliyik ki, Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı. O, ölkəni parçalanmaqdan xilas etdi. Bütün bunlara görə, xalqımız Heydər Əliyev ideyalarının ölməzliyini, davamlılığını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, xeyirxah əməllərində görür və fəxr edir. Bu gün Ulu Öndərin arzuları çiçəklənir. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən dövlətlərindən biri kimi tanınır, ən mühüm sosial islahatlar həyata keçirən ölkə kimi tarix yazır.

Bakı ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünya dövlətləri arasında nüfuzu gündən günə artır və möhkəmlənir. Maddi kapitalı insan kapitalına çevirən Azərbaycan dövləti və xalqı bütün nailiyyətləri ilə məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Bu borcu Azərbaycan xalqı Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə etimadı, sonsuz məhəbbəti, sədaqəti və ölkəmizin inkişafına dəstəyi ilə nümayiş etdirir”-deyə, T.Rzayev vurğulayıb.

3 okt

kamilla-13

tahir_rzayev_C00134

Digər millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva hesab edir ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.

Millət vəkilinin sözlərinə görə, belə günlərdən biri də 1993-cü ilin oktyabrın 3-nə təsadüf edir.

K. Əliyeva bildirib ki, 3 oktyabr 15 iyun qədər önəmli və tarixi gündür:

“Əgər 15 iyunda Ulu Öndər keçmiş Ali Sovetin sədri seçilməklə (cəmi 9 gün sonra həm də ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlamaqla), Azərbaycan xalqı və dövlətinin tarixində yeni mərhələnin, qurtuluşun əsasını qoydusa, ondan 3 ay yarım sonra-3 oktyabr 1993-cü il tarixində isə  xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Heç şübhəsiz ki, Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var”.

Millət vəkilinin bildirdiyinə görə, həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi:

“O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ancaq Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi.

Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. 90-cı illərin əvvəllərinin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı qısa zaman kəsiyində dünyanın nüfuz sahibinə çevrildiyi, hesablaşdığı bir ölkəyə çevrildi. Azərbaycanı sevənlərlə, istəyənlərlə yanaşı, onu sevməyən, müstəqilliyini istəməyən qüvvələr, dövlətlər də (Ermənistan istisna olmaqla) Azərbaycanı qəbul etməyə, onunla hesablaşmağa başlasdı.

Azərbaycan tanındı, qəbul olundu, etiraf edildi. Bunlar hamısı isə məhz Heydər Əliyevin 15 iyunda ikinci dəfə hakimiyyətə qayıdışı və 3 oktyabrda müstəqil Azərbaycanın prezidenti seçilməsi sayəsində mümkünləşdi, reallaşdı, həqiqətə, gerçəkliyə çevrildi. Artıq həmin gündən, günlərdən düz 26 il ötür və hər keçən gün istər 15 iyunun, istərsə də 3 oktyabrın əhəmiyyətini, gərəkliyini, mühümlüyünü, əzəmətini gözlər özünə sərir, ortaya qoyur. Azərbaycan dövləti var olduqca, yaşadıqca, 15 iyunun və 3 oktyabırın da əzəməti, tarixi önəmi bir o qədər artacaq, bir o qədər çoxalacaq, böyüyəcək”.

Etikxeber.az

 

 

Read Previous

“Terrorizm dünya ölkələri üçün kədərli həqiqətə çevrilib…” – ELŞAD HƏSƏNOV

Read Next

“Yaxşı olardı ki, aşıq sənəti ilə bağlı da qanun olsun” – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir