3 övladı Vətənə əmanət qalan Baş gizir-NAHİD MİKAYILOV VƏ EVİN TƏK, SUBAY OĞLU CƏFƏR ELYASOVUN ANIM GÜNÜDÜR…

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin-Kürdəmirli Nahid Sovqat oğlu Mikayılov və Mingəçevirli Cəfər Yavər oğlu Elyasovun Anım Günüdür.

Hər iki Şəhidin torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 31 oktyabr tarixində Nahid Mikayılov Kürdəmir rayon Şəhidlər Xiyabanında, Cəfər Elyasov isə Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, 20 ilin peşəkar və qüsursuz hərbçisi, Baş gizir Nahid Mikayılov 2020-ci ilin oktyabrın 30-da Ağdam istiqamətində döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

38 yaşında Şəhid olan Nahid Mikayılov bir gün sonra, 31 oktyabr tarixində torpağa tapşırılıb.

Ölümündən sonra bir neçə medalla təltif olunub.

Vətənə 3 oğul övladı-Nihad, Nicat və adını daşıyan Nahid əmanət qalıb.

Ailənin iki övladadan biri, evin tək oğlu olan Cəfər Elyasov isə İkinci Vətən Müharibəsi zamanı Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Oktyabrın 9-da Şəhid olsa da, ancaq nəşini 21 gündən sonra götrümək mümkün olub və oktyabrın 31-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

20 yaşında Şəhid olan Cəfər Elyasov ölümündən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Anım günləri ilə bağlı bu gün Kürdəmir rayonunda Nahid Mikayılovun, Mingəçevir şəhərində Cəfər Elyasovun anım mərasimləri keçiriləcək.

Anım mərasimlərdən öncə isə Kürdəmir Şəhidlər Xiyabanında Nahid Mikayılovun, Mingəçevir Şəhidlər Xiyabanında Cəfər Elyasovun məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar oxunacaq.

Ziyarətlərdə Şəhidlərin ailə üzvləri, yaxınları, Mingəçevir və Kürdəmirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Ziyarətlərdən sonra Şəhidlərin anım mərasimləri olacaq, adlarına ehsan veriləcək.

Allah hər iki Şəhidimizin məkanını cənnətlik etsin, Nur içində yatsınlar!

Böyük Yaradan ailələrinə, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“ASALA” üzvünün azadlığa buraxılması terrorçuluğun təşviqinə xidmət edir”-XİN RƏSMİSİ

Read Next

Hava çiskinli olacaq, rayonlara yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir