3 övladı Vətənə əmanət qalan Baş gizir-NAHİD MİKAYILOVLA BAĞLI MƏRKƏZİ ZABİTLƏR EVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakı şəhərində-Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində İkinci Vətən Müharibəsi Şəhidlərindən Baş gizir Nahid Sovqat oğlu Mikayılovla bağlı anım tədbiri keçirilib

Etikxeber.az xəbər verir ki, tədbirdə Kürdəmirli Şəhidin həyat yoldaşı Jalə xanım və övladları, Kürdəmirdən olan bir çox Şəhid ailələri, Mərkəzi Zabitlər Evinin əməkdaşları, hərbçilər, Qazilər və digər şəxslər iştirak ediblər.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Nahid Mikayılova həsr olunmuş video-çarx nümayiş etdirilib.

Daha sonra çıxışlar edilib.

Mərkəzi Zabitlər Evinin rəhbəri, polkovnik İlkin Qayıbov, Nahid Mikayılovun həyat yoldaşı Jalə xanım, Şəhidin övladı və qardaşı, Şəhid Cəmil Həşimlinin anası Simuzər xanım, filoloq Yaqut xanım və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhid Nahid Mikayılovun keçdiyi 38 illik şərəfli həyat və döyüş yolundan bəhs edilib.

Tədbirdə həmçinin Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Tədbir bir saatdan artıq davam edib.

Qeyd edək ki, Baş gizir Nahid Mikayılov İkinci Vətən Müharibəsi zamanı Ağdam istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhid olub və 2020-ci ilin oktyabrın 31-də Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.

3 övladı-Nihadı, Nicatı və adını daşıyan Nahidi Vətənə əmanət qalıb.

17:57

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin-ÜZƏRİNƏ DÜŞDÜYÜNÜ BİLDİRDİ

Read Next

Şoyqu Həsənova niyə-ZƏNG ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir