Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol üzrə dünya çempionatının beşinci günündə – iyunun 18-də üç oyun keçiriləcək.
Etikxeber.az xəbər verir, günün ilk qarşılaşması “F” qrupunda yer alan İsveç və Koreya Respublikasının yığmaları arasında olacaq. Digər görüşlərdə isə “G” qrupunda yer alan Belçika – Panama və Tunis – İngiltərə milliləri üz-üzə gəl
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq günün ilk oyunu “Nijniy Novqorod” stadionunda reallaşacaq.
Bu komandalar dünya çempionatlarında heç vaxt qarşılaşmayıblar. İsveç millisi dünya çempionatında indiyədək 11 dəfə iştirak edib. Komandanın çempionatda ən yaxşı göstəricisi 1958-ci ildə İsveçdə keçirilən mundialda final mərhələsinə vəsiqə qazanması olub. Final matçında Braziliya millisi 5:2 hesabı ilə qalib gəlib. İsveçlilərin mundiallarda debütü 1934-cü ilə təsadüf edir. Həmçinin İsveç millisi dünya çempionatlarında iki dəfə bürünc medala sahib çıxıb (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).
Cənubi Koreya yığması bundan əvvəl doqquz dəfə mundialda çıxış etmək hüququ qazanıb. Cənubi koreyalıların ən yaxşı göstəricisi 2002-cı ildə keçirilən dünya çempionatına təsadüf edir. Həmin vaxt qrup birincisi kimi yarımfinala yüksəlsələr də Almaniya millisinə 1:0 hesabı ilə məğlub olublar. Üçüncü yer uğrunda mübarizədə isə Türkiyə millisinə 3:2 hesabı ilə məğlub olaraq çempionatı dördüncü yerdə başa vurublar.
Günün ikinci oyunu saat 19:00-da Soçidəki “Fişt” stadionunda başlayacaq. Mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması dünya çempionatının autsayderı sayılan Panama millisi ilə qarşılaşacaq. Belçika millisi doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.
Panama yığması tarixində ilk dəfə mundialda mübarizə aparır.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq üçüncü qarşılaşma Volqoqrad şəhərindəki “Volqoqrad Arena”da oynanılacaq. Tunis İngiltərə millisi ilə üz-üzə gələcək. Bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada təşkil olunan mundialda qrup mərhələsində ingilislər 2:0 hesabı ilə qalib gəliblər. İngiltərə millisi 1966-cı ildə dünya çempionu olub. Ümumilikdə ingilislər 14 dəfə mundialda iştirak ediblər. İngiltərə yığma komandasının ən böyük qələbəsi İrlandiya millisinə qarşı qeydə alınıb (13:0). Komandanın ən çox qol vuran oyunçusu Uyen Runidir.
Tunis yığması indiyədək dörd dəfə mundialda yer alıb. Bu ölkənin millisi mundialda qələbə qazanan ilk Afrika yığması kimi tarixə düşüb.
Qeyd edək ki, İsveç – Cənubi Koreya oyunu İdman Azərbaycan və İctimai Televiziyada (saat 16:00), Belçika-Panama qarşılaşması İdman Azərbaycan kanalında (19:00), Tunis-İngiltərə oyunu isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında (22:00) yayımlanacaq.
***
İsveç-Koreya millilərinin qarşılaşması başlayıb.
Hesab hələlik açılmayıb.
***
Oyunun ikinci hissəsi başlayıb və hesab açılmayıb.
***
Oyunda hesab açılıb.
İsveçlilər 1:0 hesabı ilə önə keçiblər.
***
Hazırda Belçika millisi debütant Panama yığması ilə qarşılaşır.
Soçidəkı “Fişt Arena”da oynanılan görüşü zambiyalı Canni Sikazve idarə edir.
Belçikanın start heyətində Tibo Kurtua, Dedrik Boyata, Tobi Alderveyreld, Yan Vertonqen, Kevin De Brüyne, Aksel Vitsel, Toma Menye, Yannik Korrasko, Dris Mertens, Eden Hazard, Romelu Lukaku meydana çıxıblar. Komandanın baş məşqçisi Roberto Martinesdir.
Panama yığmasının ilk onbirliyində isə Xayme Penedo, Fidel Eskobar, Roman Tores, Erik Devis, Mikayel Murilyo, Xose Luis Rodriq, Anubal Qodoy, Qabriyel Qomes, Armando Kuper, Edqar Barsenas, Blas Peres yer alıblar. Panama millisinin məşqçisi Ernan Qomesdir.
Qeyd edək ki, mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.
Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.
Xatırladaq ki, Belçika milli komandasının yer aldığı “G” qrupunun birinci turuna saat 22:00-da baş tutacaq Tunis-İngiltərə oyunu ilə yekun vurulacaq.
***
Birinci hissədə hesab açılmasa da, ikinci hissədə belçikalılar dalbadal 3 top vurublar.
Oyunun bitməsinə 10 dəqiqə qalmış hesab 3:0 belçikalıların xeyrinədir.
***
Hazırda günün sonuncu qarşılaşması başlayıb.
Tunis-İngiltərə qarşılaşması gedir.
***
Oyunda hesab açılıb, ingilislər 1:0 öndədir.
***
35-ci dəqiqədə penaltı ilə tunislilər hesabı bərabərləşdirib-1:1
***
Oyun 2:1 hesabı ilə İngiltərə yığmasının xeyrinə başa çatıb
Etikxeber.az