3 qardaş-Nurlan, Novruz və Şahzadə-BİRİ ŞƏHİD, BİRİ HƏRBÇİ-MÜHARİBƏ İŞTİRAKÇISI, QƏHRƏMANI… – FOTOLAR

İkinci Vətən Müharibəsi başlayan gün 19 yaşı tamam olan, əsgərliyinin bir ilinin tamamında isə Şəhidlik xəbəri gələn Nurlan Dadaşov…

***

Kürdəmirdə Şəhid ailələrini ziyarət zamanı daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanı, İgidi, Şəhidi Nurlan Dadaşovun ailləsinin yaşadığı Qarasaqqal kəndinə də getdik…

2001-ci il təvəllüdlü Şəhidimiz anadan olduğu gündə-sentyabrın 27-də də əsgər-XTQ kimi döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, igidliklər göstərib Füzuli-Cəbrayıl istiqamətlətində…

Və əsgərliyinin bir ilinin tamamı günü, 2020-ci ilin oktyabrın 3-də də ailəsinə Şəhidliyi xəbəri gəlib…

Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Şəhidimizin nəşi elə həmin gün Kürdəmir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib və oktyabrın 4-də də əbədiyyətə uğurlanıb, torpağa tapşırılıb…

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olunub…

Məkanı cənnətlik olsun, Şəhidimizin!

Onu da qeyd edək ki, Şəhidimiz ailədə 3 övlad-3 qardaş olublar-Novruz, Şahzadə və Nurlan…

Böyük və bir övlad atası olan böyük qardaşı Novruz da İkinci Vətən Müharibəsinin iştirakçılarından, peşəkar hərbçilərdəndir…

Novruz əsasən Suqovuşan istiqamətində döyüşlərdə olub, həmçinin, 2016-ci ilin Aprel döyüşlərində iştirak edib…

Şəhidimizin ortancıl və bir övlad atası olan qardaşı Şahzadə isə hələ də işsizdir…

Nurlanın da ailəsi Şəhidimizin adının əbədiləşdiriləcəyi, Qarasaqqal kənd məktəbinə onun adının veriləcəyi günü səbrsizliklə və ümidlə gözləyir…

Ailəsi həm də Nurlanın adını yaşatmağı, oğul-oğlan nəvəsi olarsa, ona Nurlan adını verməyi düşünür…

Həmçinin, yaxın zamanlarda, Şəhidimizin adını daşıyacaq “Şəhid bulağı”nın açılışını gerçəkləşdirmək niyyətindədirlər…

Allah Şəhidimizə rəhmət etsin, nur içində yatsın, nur üzlü Şəhidimiz, ruhu qarşısında baş əyirik!

Böyük Yaradan ailəsinə-Qəhrəmanlar ailəsinə səbr və dözüm versin!

Azərbaycan, Azərbaycan xalqı var olduqca, yaşadıqca, Nurlanlar da var olacaq, mənən, ruhən bizlərlə yaşayacaqlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

25.04.2021, Bakı-Kürdəmir-Bakı

Etikxeber.az

Read Previous

“Ermənistandakı revanşist qüvvələr bilməlidirlər ki, Azərbaycan ona qarşı yönələn bütün terror cəhdlərinin qarşısını almağa qadirdir”-DEPUTAT

Read Next

DTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı-MƏLUMAT YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir