3 qız övladı Vətənə əmanət qalan, 3 medallı Elçin Mirzəyev və subay, əkiz qardaşlardan biri-Əli Tağıyevin bu gün-ANIM GÜNLƏRİDİR…

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin-Mingəçevirdən (Goranboy və Yevlaxdan) olan Elçin Mirzəyev və Bakının “20-ci sahə” adlanan yaşayış ərazisindən olan Əli Aydın oğlu Tağıyevin Anım Günləridir.

Hər iki Şəhidin torpağa tapşırılmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Anım Günləri ilə bağlı bu gün hər iki Şəhidin Yevlax Bakıdakı məzarları ziyarət olunacaq, sonra anım ərasimləri keçiriləcək, adlarına ehsan veriləcək.

Ziyarət və anım mərasimlərində hər iki Şəhidin ailə üzvləri, yaxınları, Yevlax və Bakı sakinləri, Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar oxunacaq.

***

Qeyd edək ki, əslən Goranboyun Xanqərvənd kəndindən olan Elçin Mirzəyev 1985-ci ilin iyulun 31-ində dünyaya gəlib, Yevlax şəhərində böyüyüb boya-başa çatıb.

1991-ci ildə elə Yevlax rayonunda birinci sinfə gedib, 2002-ci ildə isə orta məktəbi bitirib.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra Mingəçevir şəhərindəki Tibb Kolleçində diş texnikliyini oxuyub.

2007-ci ildə ailə həyatı qurub və bu evlilikdən 3 qız övladları dünyaya gəlib.

Elçin bir müddət öz peşəsi, öz sənəti ilə məşğul olsa da, sonra ondan ayrılıb və taleyini Ordu, hərb ilə bağlayıb, son ildə-Şəhidliyinə qədər-MAXE olub.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb və oktyabrın 10-unda, təxminən 12-nin yarısı radələrində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidliyinə qovuşub.

Nəşi 3 gün sonra Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Elçin 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

***

Əslən İmişlidən, 1997-ci ildə anadan olan, Bakıda, Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayan Əli Tağıyev isə ailədə 3 övlad, 3 qardaş olublar.

O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından biri olub.

2003-cü ildə Bakı şəhər Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbə gedib.

2011-cidə orta məktəbin 9-cu sinfini bitirib.

2012-ci ildə Bakı Peşə Liseyinə daxil olub.

2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib.

2016-cı ildə hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb.

2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib.

İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb.

Və Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, Vətən yolunda Şəhid olub.

Nəşi oktyabrınn 13-ündə Badamdar qəbiristanlığında torpağa tapşırılıb

Ölümündən sonra 3 medalla təltif edilib.

Məzarı behiştlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Baş leytenant, İkinci Vətən Müharibəsi Şəhidi İlqar Vəliyevin Cənnətdəki ilk ad günü-48 YAŞININ TAMAMINDA “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTO-VİDEO

Read Next

Yük maşını avtobusa çırpıldı: 5 nəfər öldü, xəsarət alanlardan 13-nün vəziyyəti ağırdır-BAKIDA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir