“3 yaşayış binası dağıdılıb, qadınlar daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb, 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var…Bu, soyqırımıdır…”-PREZİDENTİN KÖMƏKÇİSİ ERMƏNİLƏRİN GƏNCƏ VƏ MİNGƏÇEVİR VƏHŞİLİYİNDƏN YAZDI – YENİLƏNİB – (3)

İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O, bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb:

“3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

***

Hikmət Hacıyev Ermənistan ordusunun Mingəçeviri hədəf alması ilə də bağlı paylaşım edib.

Hikmət Hacıyev Twitter səhifəsində bunları yazıb:

“Mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum edib. Sivil dünya ilə Ermənistan arasındakı boşluğu görün”.

10:07

***

“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir”-deyə, Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

O, bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir:

 “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

***

“Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir”-deyən Hikmət Hacıyev bildirib ki, bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz növbəti soyqırımı aktıdır.

11:10

***

“Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etmək müharibə cinayətidir”.

Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb ki, bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əxlaqsız davranışının təzahürüdür.

Etikxeber.az

Read Previous

“Artıq yatmaq, evdə oturmaq zamanı deyil…”-QƏNİRƏ PAŞAYEVA GƏNCƏNİN YENİDƏN ATƏŞƏ TUTULMASI, NÖVBƏTİ ERMƏNİ VANDALİZMİ İLƏ BAĞLI XARİCDƏKİ AZƏRBAYCANLILARA ÇAĞIRIŞ ETDİ

Read Next

“Bu, Ermənistanın Azərbaycana qarşı növbəti terror və təcavüz siyasətinin fotoşəkilləridir…”-SAHİBƏ QAFAROVA BEYNƏLXALQ BİRLİYƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir