“30 ildir yolunu gözləyirəm…Gözləyirəm ki, bir gün qayıdıb gələcək, qapını döyüb, içəri girəcək…”- FÜZULİLİ MƏZARSIZ-İTKİN ŞƏHİD TARİYEL QƏNBƏROVUN ANASI ZEYNƏB QƏNBƏROVA – BU GÜN ŞƏHİDİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün daha bir məzarsız-itkin Şəhidin-Füzuli rayonunun İşıqlı kəndindən olan Birinci Qarabağ Savaşı Şəhidi Tariyel Bəhlul oğlu Qənbərovun Anım Günüdür.

Tariyel Qənbərovun bu gün Şəhidliyinin 30 ili tamam olur.

Etikxeber.az xəbər verir ki, Şəhidin Anım Günü ilə bağlı bu gün saat 12:00-da “Qobu Park” yaşayış kompleksində yerləşən Şuşa Musiqi Məktəbində tədbir düzənlənib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Son çıxışlar edilib.

Çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan, Vətən, doğma Qarabağı naminə fədakarlıqlarından, İgidlik və Qəhrəmanlığından bəhs olunub.

Bildirilib ki, bugünümüzə, dinclik və əmin-amanlığımıza, Qələbəmizə görə Tariyel Qənbərov da daxil olmaqla, cəmi Şəhidlərimizə borcluyuq və onlar heç zaman yaddan çıxarılmamalı, unudulmamalı, təbliğ olunmalıdırlar.

Şəhidin ailə üzvləri, anası Zeynəb xanım və bacısı Xəyalə xanım da tədbirə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Şəhidin anası Zeynəb Qənbərova bildirib ki, 30 ildir oğlunun yolunu gözləyir:

“Otuz ildir balamın, Tariyelimin yolunu gözləyirəm…Gözləyirəm ki, bir gün gələcək, qapını döyüb, içəri girəcək…”.

Tədbirdə həmçinin, Şəhidə həsr olunmuş şeirlər ifa olunub.

Qeyd edək ki, 1971-ci ilin 8 mart tarixində dünyaya gələn Tariyel Qənbərov 1993-cü ilin 24 iyul tarixində öz doğma Füzuli rayonunda və cəmi 22 yaşnda Şəhidlik məqamına ucalıb.

Dayısı oğlu Zaur İmamqulu olu Sadıqov da həmin vaxt-cəmi bir gün öncə, 23 iyul tarixində Şəhid olub-itkin düşüb.

Ailədə 6 övlad-4 qardaş və 2 bacı olublar.

Qardaşının ikisi-Vitalim Qənbərov Əlizadə Qənbərov da Birinci Qarabağ Savaşının iştirakçısı olub.

Üç övlad atası Əlizadə Qənbərov həm də Qazi olub və bir neçə il öncə avtoqəzada həyatını itirib.

Eyni zamanda, atası və qardaşı-2 övlad atası olan Vitalim Qənbərov dünyasını dəyişib.

Vitalim Qənbərovun tək oğlu isə Tariyel Qənbərovun-əmisinin adını daşıyır.

Tariyel həm də subay olub.

Məkanı cənnətlik olsun! Nur içində yatsın!

13:30

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Şavkat Mirziyoyevə-ZƏNG ETDİ

Read Next

“Əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik”- İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir