30 nəfərlik missiya Azərbaycana gəlir – AŞPA-DAN

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, AŞPA Büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr dinlənilib.

Müzakirələrdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov ölkəmizdə gələn il fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı ətraflı məlumat verib.

Seçki prosedur qaydaları, Azərbaycanda aparılan islahatlar haqqında danışıb.

Müzakirə və məlumatlar dinlədikdən sonra AŞPA Büro üzvləri ölkəmizdə keçiriləcək parlament seçkilərinin müşahidə edilməsi və bununla bağlı ad hoc qrupunun yaradılması ilə bağlı müsbət rəylərini bildiriblər.

Müzakirə edilən məsələ səsə qoyularaq yekdilliklə qəbul olunub.

Beləliklə, gələn il fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün AŞPA-nın 30 üzvü, eləcə də Azərbaycan üzrə həmməruzəçilərdən ibarət müşahidə missiyası ölkəmizə gələcək.

Etikxeber.az

Read Previous

“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi məlum oldu

Read Next

Prezidentdən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir