30 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-ŞƏHİD QARDAŞLARDAN TURAL HƏSƏNOVUN OCAĞINI VƏ MƏZARINI ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan Tural Tapdıq oğlu Həsənovun Cənnətdəki dördüncü doğum günü, 30 yaşı tamam olması ilə bağlı bu gün Mingəçevir Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə, Şəhidlər anası Nəhayət Həsənovaya Allahdan səbr və dözüm arzulanıb, Şəhidin Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və ehsan süfrəsində ailə üzvləri, Mingəçevir, Goranboy və Bakılı Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Küləklə bağlı-SARI XƏBƏRDARLIQ…

Read Next

Goranboylu Antiterror Şəhidi Hüseyn Nəsibovun anası Pərvanə Nəsibovaya-“VƏTƏN NAMİNƏ”NİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir