30 yaşı tamam olan Şəhid Saleh Əliyevin Cənnətdəki ikinci doğum günündə-ZABİRLƏR EVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLDİ, MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ, ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR YENİLƏNİB – (2)

Bu gün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Saleh Namiq oğlu Əliyevin Cənnətdəki ikinci doğum günü, 30 yaşının tamam olması ilə bağlı Həzi Aslanov adına Zabitlər Evində anım tədbiri keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, əslən Füzulili olan, 1992-ci ilin avqust ayının 18-də sadə bir ailədə dünyaya gələn və İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayının 15-də, 28 yaşında Şəhidlik məqamına ucalan Saleh Əliyevin anım tədbirində Şəhidin ailə üzvləri, Zabrat qəsəbəsindən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkili Aydın Mirzəzadə və Zabitlər Evinin əməkdaşları iştirak ediblər.

Mərasimdə öncə Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxışlar edilib.

Çıxışlarda Şəhdin qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs edilib, İgidliyindən, Qəhrəmanlığından danışılıb.

Onunla və cəmi Şəhidlərlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Aydın MİRZƏZADƏ: “Hər bir Şəhidin həyatı bir tarixdir…”

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, hər bir Şəhidin həyatı bir tarixdir.

“Şəhidlərimizin Qəhrəmanlığı, İgidliyi, keçdiyi həyat yolu gələcək nəsillərimiz, gənclərimiz üçün bir örnəkdir”-deyə, millət vəkili qeyd edib.

Millət vəkili eyni zamanda bildirib ki, Azərbaycan dövlət və ölkə rəhbərliyi səviyyəsində Şəhidlərə ehtiram, Şəhid ailələrinə və Qazilərə yüksək diqqət və qayğı var.

Onun sözlərinə görə, Şəhid ailələri və Qazilərə diqqət və qayğı birbaşa ölkə Prezidentinin və Birinci vitse-prezidentin nəzarətindədir.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb, Zabitlər Evinin əməkdaşları tərəfindən Vətənə, Şəhidlərə həs olunmuş mahnılar ifa edilib.

Bir saatdan çox davam edən tədbirdən sonra Şəhidin Zabrat qəbirstanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib.

Qeyd edək ki, kollec (texnikum) təhsilli Saleh Əliyev Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailənin 3 övladından biri olan Saleh Əliyev həm də subay olub.

Onu da qeyd edək ki, Şəhidin anası Solmaz xanıma Qubalı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqə təşkilatın təmsilçisi olaraq, Kamil Həmzəoğlu tərəfindən təqdim edilib.

Solmaz xanım isə öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına minnətdarlığını ifadə edib.

30 yaşı tamam olan Saleh Əliyevin məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:50

***

FOTOLAR:

ZABİTLƏR EVİ…DUYĞULU, TƏSİRLİ ANLAR…

15:30

***

MƏZARINI ZİYARƏT…ANA, ANALAR YANAR, AĞLAR…

16:40

***

VƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, VƏTƏN SEVDALISI OĞULLAR…DƏRD VƏ QÜRUR ORTAQLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ağdamlı 3 Şəhid qardaşdan biri, 4 övlad atası Xəqani Aslanov: BU GÜN ONUN CƏNNƏTDƏKİ 30-CU DOĞUM GÜNÜDÜR, 67 YAŞI TAMAM OLUR…

Read Next

Cəmi bir ay bir gündən sonra Cənnətdəki ikinci doğum günü, 35 yaşı tamam olacaq-ŞƏHİDİMİZ, VƏTƏN SEVDALIMIZ ELMAR ŞİRZAD OĞLU NƏSİBOV – ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir